NYT: Əfqanıstanın yanlış strategiyası bazanın itirilməsinə səbəb olub

2018/08/39223239_1039359556227938_7732928963923673088_n_1534422520.jpg
Oxunub: 1736     23:27     16 Avqust 2018    
Əfqanıstan hərbi rəhbərliyinin yanlış strategiyası Fəryabda hərbi bazanın “Taliban” nəzarətinə keçməsinin başlıca səbəbdir.

Ordu.az xəbər verir ki, bu barədə “New York Times”ın yayımladığı hesabatda qeyd olunub.

Bildirilib ki, Əfqanıstan ordusu 13 avqust tarixində “Taliban” tərəfindən ələ keçirilən hərbi bazanı bölgədə İŞİD-ə qarşı əməliyyatların koordinasiya edilməsi məqsədilə istifadə edib.

Məlumata əsasən, əsaslı yenidənqurmaya ehtiyacı olan hərbi mərkəz uzun müddət idi ki, İŞİD-ə qarşı əməliyyatlarda istifadə olunurdu.

İŞİD-ə qarşı hücum əməliyyatlarında effketiv nəticə göstərməsinə baxmayaraq modernizasiyanın aparılmaması bazanın daha güclü “Taliban” qiyamçılarının hücumuna əngəl olmasına mane olub.

Qeyd edək ki, artıq 3 gündür qiyamçıların nəzarətində olan bazaya hücum zamanı azı 70 hərbçi həlak olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   İŞİD  


Bizi "telegram"da izləyin