“Elbit Systems” ilin 2-ci rübü üçün maliyyə hesabatını açıqlayıb

2018/08/39217635_1199395856893458_7721013461924184064_n_1534422434.jpg
Oxunub: 4459     23:05     16 Avqust 2018    
İsrailin müdafiə sənayesi üzrə ixtisaslaşmış “Elbit Systems” korporasiyası aprel-iyun aylarına aid maliyyə cədvəlini yayımlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qeyd olunan dövr ərzində şirkətin gəlirləri ötən ilin anoloji dövrünə nisbətdə 73,9 milyon dollar artım göstərib.

Belə ki, bu ilin ikinci dövrü üçün şirkətin gəlirləri 2017-ci ilin ikinci dövrü üçün olan 818,3 milyon dollardan 892,2 milyon dollara yüksəlib.

Həmçinin bu dövr ərzində şirkətin maliyyə rezervləri bir il öncəkinə nisbətdə 7,33 milyard dollardan 8,07 milyard dollara qalxıb.

Qeyd edək ki, şirkət qeyd olunan dövr ərzində 30-dan çox fərqli qurumla ikitərəfli müqavilələr imzalayıb ki, bu da onun səhmlərinin qiymətini 2,15 dollara qaldırıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Elbit-Systems   İsrail  


Bizi "telegram"da izləyin