Cənubi Koreyada növbəti hərbi qalmaqal: 2 min hərbçi xidmətdən azad edilib

2018/08/Снимок_1534417360.png
Oxunub: 1332     19:44     16 Avqust 2018    
Cənubi Koreya hərbi kəşfiyyatı daxilində yaşanan qalmaqal indi də quru qoşunları bölməsinə doğru keçiriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Cənubi Koreya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hərbi kəşfiyyat daxilindəki qulluqçuların kəşfiyyat məlumatlarını sızdırmaları ilə bağlı iddialardan sonra indi də bənzər ittihamlar quru qoşunlarının bir çox qulluqçusu üçün irəli sürülüb.

Belə ki, bununla bağlı olaraq artıq quru qoşunlarının tərkibindəki 2 minə qədər hərbçi müvəqqəti olaraq xidmətdən azad edilib.

Belə ki, haqlarında cinayət işləri açılan hərbçilərin günahsız olduğu sübuta yetirilərsə, onlar yenidən vəzifələrinə geri qaytarılacaqlar.

Qeyd edək ki, daha öncə Cənubi Koreya hərbi kəşfiyyatının 4200 qulluqçusundan 1300-ə qədəri kəşfiyyat məlumatlarının kənar qüvvələrə sızdırılmasında şübhəli bilinərək işdən müvəqqəti olaraq azad edilib və haqlarında cinayət işi açılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Hərbi-Qalmaqal  


Bizi "telegram"da izləyin