Liberman: “Qəzza Yaxın Şərqin Sinqapuru olacaq”

2018/08/img121176_1534416165.jpg
Oxunub: 3633     19:20     16 Avqust 2018    
Qəzza probleminin həlli ərazini 2 milyon insana xidmət göstərən iqtisadi vahidə çevirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İsrail Müdafiə naziri Aviqdor Liberman səsləndirib.

O qeyd edib ki, bir çoxları bizim bu mübarizəmizi Qəzzanın işğalı olaraq xarakterizə etsə də, heç kim bunun daha bir Ərəb baharı olduğunu qəbul etmək istəmir.

“Biz ərazini HƏMAS silahlılarından azad edəcəyik. Hərəkatın sonuncu üzvü də tam zərərsiz hala gətirilənə qədər İsrail ordusu Qəzzada fəaliyyətlərini davam etdirəcək. Bəzilərinin Qəzzanın işğalı adlandırdığı, əslində növbəti Ərəb baharı olan bu addım regionu 2 milyon əhalisi olan əhəmiyyətli iqtisadi faktora çevirəcək. Qəzzanı Yaxın Şərqin yeni Sinqapuruna çevirəcəyik”, - deyə Liberman qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin