Ordu.az Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən bazalar Bolqarıstandakı Novo-Selo və Rumıniyadakı Konstansa hərbi mərkəzləridir.
Məlumata əsasən, Pentaqon 2019-cu il ərzində Novo-Selonun modernizasiyası üçün 5,2 milyon dollar, Konstansa üçün isə 21,6 milyon dollar xərcləyəcək.
Qeyd edək ki, modernizasiya işləri çərçivəsində hər iki bazadakı “Aegis” hava hücumundan müdafiə sistemləri də baxışdan keçiriləcək.
Dəyanət Ağalarlı
Ordu.az