Rusiya donanması Qara dənizdə atəş təlimləri keçirir

2018/08/1200781_1534414675.jpg
Oxunub: 4136     18:10     16 Avqust 2018    
Rusiya donanması Qara Dəniz filotiliyasının freqatı “Admiral Qriqoroviç” bölgədə atəş təlimləri həyata keçirir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə filotiliyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, freqat ilk dəfə olaraq “Kalibr” qanadlı raketi ilə dəniz hədəfini nişan alıb. O, həm də yer-yer raketlərindən istifadə etməklə su üzərindəki şərti hədəfləri məhv edib.

“Kalibr” raketinin təqribən 80 kilometr məsafədə dayanan düşmənin şərti döyüş gəmisini uğurla vurduğu bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qara-dəniz   Kalibr  


Bizi "telegram"da izləyin