Gürcüstanda “Noble Partner” hərbi təlimləri başa çatıb

2018/08/4456456_1534409045.jpg
Oxunub: 2743     16:42     16 Avqust 2018    
Gürcüstanda keçirilən çox sayda dövlətin iştirak etdiyi “Noble partner 2018” hərbi təlimləri yekunlaşıb.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Vaziani hərbi bazasının 11-ci atış poliqonunda keçirilən təlimlərdə 15 müxtəlif ölkədən 3 minə qədər hərbçi iştirak edib.

Belə ki, təlimlərdə Gürcüstandan 1300, ABŞ-dan 1170, digər 13 ölkədən isə 500 hərbçi iştirak edib.

Gürcüstan ordusu təlimlər zamanı FGM-148 “Javelin” tank əleyhinə raket sistemini ilk dəfə sınaqdan keçirib.

Qeyd edək ki, təlimlərdə Azərbaycan da təmsil olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Noble-Partner   Təlimlər  


Bizi "telegram"da izləyin