Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq layihə çərçivəsində ilk eskadrilyanın formalaşdırılması ilə bağlı işlər yekunlaşdırılıb.
Bildirilib ki, hələlik test mərhələsində olan orta ölçülü eskadrilyanın tərkibində 8 ədəd CMV-22 helikopteri mövcuddur.
Məlumata əsasən uğurlu olacağı təqdirdə layihənin bu il ərzində daha 2 aviadaşıyıcıya tətbiq edilməsi planlaşdırılır.
Belə ki, ümumilikdə 12 aviadaşıyıcının hər birində orta hesabla 8-12 ədəd helikopterdən ibarət CMV-22 eskadrilyası formalaşdırılacaq.
Dəyanət Ağalarlı
Ordu.az