Rusiya və Aİ nümayəndələri Avropanın təhlükəsizliyini müzakirə ediblər

2018/08/1200758_1534402155.jpg
Oxunub: 2008     14:54     16 Avqust 2018    
Rusiya Müdafiə naziri general-polkovnik Aleksandr Fomin və Avropa İttifaqının Rusiyadakı səfiri Markus Florian bir araya gəlib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, tərəflər görüş zamanı Avropa təhlükəsizliyin və dövlətlərarası əməkdaşlığın səviyyəsini müzakirə ediblər.

Hər iki tərəf hazırda Avropanın təhlükəsizliyin qarantını Suriyadakı böhranın ortaq razılıqla yekunlaşdırılmasından və Ukrayna probleminin həllindən asılı olduğunu bildirib.

“Avropa İttifaqı və Rusiya qitənin təhlükəsizliyinin təminatı üçün mütləq ortaq mövqe sərgiləməyə çalışmalıdır. Ortaq mövqe sərgiləməli olduğumuz başlıca məsələ isə Suriya böhranıdır. Bu problem aradan qaldırılmayacağı təqdirdə daha sonra bənzər halın Avropaya sıçraması istisna edilmir”, - deyə Fomin qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya    


Bizi "telegram"da izləyin