“2030 Təhlükəsizlik Perspektivi”: İsrail müdafiə büdcəsini artıracaq

2018/08/456456_1534401948.jpg
Oxunub: 3443     14:44     16 Avqust 2018    
İsrail Baş naziri Benyamin Netanyahu ölkənin təhlükəsizlik kabinetinin qarşısında hərbi büdcənin artırılmasına dair hazırlanmış planı təqdim edib.

Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, planda ölkənin üzləşdiyi təhdidlər və ehtiyacı olan canlı qüvvələrə toxunulub.

“2030 Təhlükəsizlik Perspektivi” adlı plan hazırda məxfi olsa da, onun tezliklə Knessetin Kəşfiyyat Xidmətləri komitəsi, İsrail Müdafiə Qüvvələri Baş Qərargahı, Şin Bet və MOSSAD-la paylaşılacağı bildirilir.

Təhlükəsizlik kabinetinə təqdim olunan versiyada ölkənin müdafiə xərclərinin Ümumi Daxili Məhsulun 0,3%-nə çatdırılması təklif edilir. Qeyd edək ki, bu rəqəm hazırda 0,2%-dir.

“Bizim ərazilərimizin kiçikliyi, əhalimizin azlığı və ətrafımızda olan təhdidlərin çoxluğundan dolayı İsrailin təhlükəsizlik xərclərinin hər zaman digərlərin daha böyük olması vacibdir”, - deyə Netanyahu bildirib.

O, İsrailin təhlükəsizlik və iqtisadi güclənməsinin kombinasiyası nəticəsində nüfuzunun digər ölkələrin gözündə qaldırılması və diplomatik imkanların artırılmasının mümkünlüyündən danışıb.

Netanyahu büdcədəki artımın bir neçə sahə ilə paralel olaraq əlaqələndiriləcəyini bildirib. Onun sözlərinə görə, bu sahələr kibertəhlükəsizlik, raketdən müdafiə sistemi, sərhəd təhlükəsizlik hasarlarının tamamlanması və s-dir.

Qeyd edək ki, İsrailin əsas diqqət göstərdiyi sahələrdən biri kibertəhlükəsizlikdir. O, 2017-ci ildə 3,8 milyard dollar dəyərində kibertəhlükəsizlik məhsulu ixrac edib və kiber akademik tədqiqata görə, ilk 10%-in arasında mövqe tutub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin