“ABŞ Rusiyanın yeni texnologiyalardan istifadəsini məhdudlaşdırmaq istəyir” – Ekspert

2018/08/1200764_1534401046.jpg
Oxunub: 3451     14:29     16 Avqust 2018    
“Birləşmiş Ştatlar Açıq Səma müqaviləsi altında Rusiyanın müasir texnologiyalardan istifadəsini məhdudlaşdırmağa çalışır”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Silahlara Nəzarət Asossiasiyasının icraçı direktoru Daril Kimbal səsləndirib.

ABŞ-ın yeni Milli Müdafiə Səlahiyyətləndirmə Qanununu dəyərləndirən Kimbal ABŞ-ın Açıq Səmanın tətbiqini dayandırmağı düşünmədiyini bildirib. Onun sözlərinə görə, bu müqavilə həm ABŞ və onun NATO partnyorları, həm də Rusiya üçün qarşılıqlı inam və şəffaflığı təmin etmək üçün əhəmiyyətlidir.

Kimbal bildirib ki, buna baxmayaraq yeni qanunda istifadə edilən üslub bizə ABŞ-ın Rusiyanın yeni texnologiyalardan məhdudlaşdırmaq istədiyini deməyə imkan verir.

O, həm də ABŞ konqresinin bəzi respublikaçı üzvləri müqavilə çərçivəsində uçuşları həyata keçirən OC-135 təyyarələrinin yenilənməli olduğu üzərində mübahisə etdiklərini qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   ASM  


Bizi "telegram"da izləyin