TSQ İraqda PKK “komandiri”ni zərərsizləşdirib

2018/08/a18017c2-c845-4415-ad87-e8462e8ea06e_1534399795.jpg
Oxunub: 4408     14:08     16 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələri İraqın Sincar vilayətində keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının önəmli üzvlərindən birini zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Sincarda baş tutan əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçu İsamil Özdendir. O, bölgədə terrorçu qrupa rəhbərlik edib.

Özde Türkiyənin ən çox axtarılan terrorçular siyahısında yer alıb. Onun 2015-ci ildə Türkiyədə həyata keçirilmiş terror aktları ilə əlaqəli olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   İraq   PKK  


Bizi "telegram"da izləyin