Hindistan ordusunda geniş miqyaslı islahatlar aparılacaq

2018/08/Indian-Army-Technical-Entry-Scheme-800x445_1534399663.jpg
Oxunub: 2752     14:06     16 Avqust 2018    
Hindistan hərbi rəhbərliyi ötən gün ordunun gələcəyi ilə bağlı planlaşdırılan islahatlar paketinin əsas müddəalarını elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Hindistan Müdafiə naziri Nirmala Sitharaman bildirib.

O qeyd edib ki, ölkəsinin ordunun gələcəyi ilə bağlı planları içərisində əsas məqamlar ixtisaslaşmanı dərinləşdirməkdir.

Belə ki, hazırda Hindistan donanmasının daxilində yaşanan bu problemin aradan qaldırılması ilə hərbi dəniz qüvvələri müxtəlif bölgələr üzrə ayrı-ayrı qruplara bölünəcək.

Yeniliklərdən sonra Hindistan donanması daxilində bir-birindən müstəqil 8 filotiliya formalaşdırılacaq. Həmçinin eyni planın quru qoşunlarına və hərbi hava qüvvələrinə də tətbiq edilməsi planlaşdırılır.

Hindistan Müdafiə Nazirliyi həmçinin hərtbçilərin təlimləri üçün ayrılan məbləğin həcminin də genişləndiriləcəyini bildirib. Eyni zamanda ordunun sahib olduğu silah-sursatların heç də qənaətbəxş olmadığını qəbul edən Nirmala Sitharaman bu məqsədlə silahlanma üçün xərclənən məbləğin qarşıdakı 5 il ərzində azı 64 faiz artırılacağını bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   İslahatlar  


Bizi "telegram"da izləyin