Ordu.az “National İnterest”ə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqon rəsmisi Varriyor Maven bildirib.
O qeyd edib ki, başda Cibuti olmaqla bir çox Afrika dövləti Çindən kifayət qədər asılı hala düşüb və bu getdikcə dərinləşməkdədir.
O bildirib ki, hazırda Cibutinin Pekinə 1,5 milyard dollara qədər borcu var və bu ABŞ-ı narahat etməyə bilməz.
“Bizim Afrikada strateji maraqlarımız var. Çin bizim qapımızın qarşısında hərbi baza tikib və bunu bütün Afrikaya doğru genişləndirməyə çalışır. Hazırda bölgədə vəziyyət Çinin xeyrinə doğru dəyişməkdədir. ABŞ Afrikanın Çindən asılı hala düşməsinə əngəl olmalıdır”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az