Əlcəzair ordusu Tunis sərhədlərində irimiqyaslı əməliyyatlar aparır

2018/08/5345_1534397891.jpg
Oxunub: 4378     13:31     16 Avqust 2018    
Əlcəzair ordusu Tunislə sərhəd 4 müxtəlif bölgədə paralel əməliyyatlara start verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, Əlcəzair ordusu ölkənin Əl-Tərf, Souk Əhrəs, Tebessə, Əl-Oyəd vilayətlərində havadan və qurudan əməliyyatlar keçirir.

Belə ki, endirilən aviazərbələr nəticəsində əvvəlcədən müəyyən edilmiş terrorçulara məxsus onlarla sığınacaq yerlə-yeksan edilib.

Daha sonra vurulan məntəqələrə qurudan araşdırma məqsədli əməliyyatlar təşkil edilib.

Rəsmi məlumata əsasən, əməliyyatlar zamanı çox sayda silah-sursat yararsız hala salınıb və ya müsadirə olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzair   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin