Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, İsrail İnnovasiya İdarəsinin sədri Aharon Aharon danışıb.
Onun sözlərinə görə, bununla bağlı hökumət üçillik proqram hazırlayıb. Həmin proqram çərçivəsində yüksək riskli tədqiqatlar həyata keçirəcək və təkmilləşdirmələr aparacaq kompaniyalar ildə 1 milyon dollara qədər vəsait əldə edəcəklər.
“Proqram həm İsraildə, həm də xaricdə pilot layihələrin maliyyələşdirilməsinə dəstək verəcək. Onun sayəsində həm kompaniyalar kibertəhlükəsizlik sahəsində ciddi nəticələr əldə edə, həm də qlobal bazara daxil ola biləcəklər”, - deyə Aharon bildirib.
İsrail hazırda qlobal kibertəhlükəsizlik sənayesinin 5%-ni əlində saxlamaqla, Birləşmiş Ştatlardan sonra ikinci yerdə gəlir. Onun kiber sənayeyə yatırımları isə bütün dünya üzrə investisiyanın 16%-nə bərabərdir.
Ağalar Ağalarlı
Ordu.az