Çin GPS-i yeni hərbi raket sistemi ilə əvəzləmək istəyir

2018/08/39216073_798528366938135_7930892085429796864_n_1534354496.jpg
Oxunub: 4116     01:34     16 Avqust 2018    
Çinin GPS-i əvəzləmək üçün hazırladığı yeni hərbi peyk sistemini geridə qalan son dörd ay ərzində tam həcmdə istifadəyə verdiyi iddia edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin mənbələri “Beidou Peyk Naviqasiya Sistemi”nin (BDS) artıq dörd aydır ki, tam həcmdə istifadəyə verildiyini və onun GPS-i əvəzləməsi üçün səylər göstərildiyini bildiriblər.

Qeyd edək ki, ABŞ hökuməti tərəfindən idarə olunan GPS 2015-ci ildə 56 milyard dollarlıq iqtisadiyyata sahib olub. Çin hökuməti isə yeni sistemilə bu rəqəmi geridə qoymağı hədəfləyib.

2017-ci il noyabrın 5-dən bu il martın 30-a qədər kosmosa 8 yeni peyk göndərən Çin hökuməti peyklərinin sayını 35-ə çatdırmaq istəyir. BDS proqramı ilk dəfə 1994-cü ildə sadəcə 3 peyklə başladılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   GPS   Beidou  


Bizi "telegram"da izləyin