Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rostec”in Beynəlxalq Əməkdaşlıq və Regional Siyasət üzrə direktoru Viktor Kladov danışıb.
“Türkiyə Kosmos Agentliyinin qurulması və inkişaf etdirilməsində əməkdaşlığı gücləndirməyə hazırıq. Türkiyənin bu sahədə ciddi uğur əldə edəcəyinə inanırıq”, - deyə Kladov bildirib.
Qeyd edək ki, Türkiyə kosmik sənaye sahəsində güclənmək, kosmos texnologiyaları üzrə elmi bazanın və insan resurslarının inkişafı üçün cari il ərzində Kosmos Agentliyi formalaşdırmağı planlaşdırır.
Ağalar Ağalarlı
Ordu.az