"Lazım olsa, F-35 məsələsində hüquqi yollara əl atılacaq” – İbrahim Kalın

2018/08/1029742586_1534338850.jpg
Oxunub: 2546     21:09     15 Avqust 2018    
“Türkiyə F-35-lərin sadəcə müştərisi deyil. Biz bu layihənin şəriyik. Bu vaxta qədər üzərimizə düşən öhdəliklər çərçivəsində bəlli ödənişlər etmişik”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın səsləndirib.

ABŞ-da Türkiyə pilotlarının təliminin davam etdiyini xatırladan Kalın təxminən 1,5 illik təlim müddətinin olduğunu diqqətə çatdırıb.

O, F-35 təyyarələrinin Türkiyəyə çatdırılması məsələsində məhdudiyyətlərin tətbiq ediləcəyi halda Türkiyənin hüquqi yollara əl atacağını vurğulayıb: “Təbii ki, iş belə bir nöqtəyə getsə, hüquqi yollara müraciət ediləcək. Türkiyənin şərik olduğu bir layihədəki hüquqlarından imtina etməsi müzakirə mövzusu ola bilməz. Ümid edirik ki, məsələ o qədər böyüməz”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   F-35  


Bizi "telegram"da izləyin