Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına Xaçaturovun maraqlarını müdafiə edən Mihran Poğosyan bildirib.
Onun sözlərinə görə, girov qarşılığında buraxılan Xaçaturova qanunla ölkə hüdudlarını tərk etmək qadağan oluna bilməz.
“Biz birinci vəsadəti Yuri Xaçaturovun 31 iyul tarixindən etibarən öz vəzifə səlahiyyətlərinin icrasına qayıtmaq niyyətində olduğu barədə ilk gündən təqdim etmişdik. Ancaq vəstadət təmin olunmadığına görə ikinci dəfə müraciət etdik. Onu da deyim ki, girov qarşılığında buraxıldıqda qanunla ölkə hüdudlarını tərk etmək qadağan olunmur.”, - deyə bildirən Poğosyan qeyd edib.
Vəkil, ilkin istintaq orqanı tələb etdiyi halda əvvəl olduğu kimi vaxtında gələrək təqdim olunmağa hazır olduqlarını da əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az