Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Loru vilayətinin Leranist kənd sakini 38 yaşlı Armine Mkrtçyan müdafiə nazirliyinə müraciət edərək kömək istəyib.
O, xəstə olmaqla bərabər, 15 yaşlı xəstə qızı və iki oglunu saxlamaqda çətinlik çəkdiyini, kəndin kənarında başqasına aid evdə yaşasalar da, həmin evdə heç bir sosial şəraitin olmadığını bildirib.
Onun sözlərinə görə, evin bütün qayğılarını 18 yaşlı oğlu Maksim idarə edir. Ancaq Maksim bir neçə ay sonra orduya hərbi xidmətə getməlidir. 4 nəfərdən ibarət ailə əlil qıza verilən 21 min dram sosial müavinət hesabına yaşayır. Maksim kənd sakinlərinin işini görür, pul qazanır ailəni saxlayır.
İlin sonunda hərbi xidmətə getməli olan Maksimin anası Ermənistan müdafiə nazirinə müraciət edərək, onun övladına qarşı güzəşt etməyi, yaxın hərbi hissələrdən birinə aparılmasını xahiş edib.
Alpər Mövludoğlu
Ordu.az