Əfqanıstan ordusu Cəlalabada nəzarəti bərpa edib

2018/08/65765_1533128763.jpg
Oxunub: 2348     21:18     01 Avqust 2018    
Əfqanıstanın ordusu silahlı üsyançılar tərəfindən ələ keçirilən Cəlalabad şəhərinə əməliyyatlar keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən şəhər Əfqanıstanın Nangərhar vilayətinin mərkəzi olub başlıca strateji şəhərlərdən biridir.

Məsələ ilə bağlı Nangərhar bölgə rəhbərliyinin sözçüsü Əttəullah Xoqyaninin verdiyi məlumata əsasən bu gün keçirilən əməliyyatlar nəticəsində ordu ərazidəki silahlı qrupları bölgədən çıxarmağa nail olub.

Qeyd olunub ki, ordu qüvvələri əməliyyatlar nəticəsində onlarla silahlını ələ keçirib.

Qeyd edək ki, sözügedən silahlıların “Taliban” qiyamçıları tərəfindən dəstəklənən yerli qruplaşma olduğu bildirilib. Qruplaşma ötən gün 15 mülki vətəndaşın ölümünə səbəb olan silahlı insidentlər nəticəsində şəhərin nəzarətini ələ almışdı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Cəlalabad  


Bizi "telegram"da izləyin