Əfqanıstan HHQ problemlə üz-üzə: Mi-17 yoxsa, UH-60

2018/07/37987860_2617554691804016_4998266558632427520_n_1532795078.jpg
Oxunub: 2857     02:16     29 İyul 2018    
Əfqanıstan Hərbi Hava Qüvvələrinin Mİ-17 helikopterlərində UH-60 helikopterlərinə doğru yönləndirilməsi bir sıra ciddi problemlər yaşadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə müzakirələr ABŞ Senatında aparılıb.

Bildirilib ki, Pentaqonun Əfqanıstan Hərbi Hava Qüvvələrinin istifadəsindəki Mi-17 helikopterlərini UH-60 helikopterləri ilə dəyişdirilməsi ilə bağlı strategiya üçün xərclədiyi onillər əslində yeni problemlər ortaya çıxara bilər.

Qeyd olunub ki, Əfqanıstan pilotları sadə və istifadəsi asan olan Mi-17-dən sonra daha funksional və qəliz olan UH-60 helikopterlərinə adaptasiya keçməkdə çətinlik çəkirlər.

Buna görə də bir çox senatorlar ABŞ hərbçilərinin əfqan həmkarlarına təlimlər keçməli olduğu ilə Pentaqona tələblər göndəriblər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   UH-60   Mi-17   Helikopter  


Bizi "telegram"da izləyin