Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə fikirləri bu gün səhər verdiyi mətbuat konfransında səsləndirib.
Kalın bildirib ki, iki ölkə arasında Gülənin ekstradisiyası və Suriya ilə bağlı siyasi fikir ayrılıqları kimi problemlərin həllinə də ümidvardır.
“Əgər ABŞ Türkiyənin təhlükəsizliyini daha da ciddiyə alarsa və həqiqətən də bəzi məsələlərin Ankaranın daxili siyasəti olduğunu qəbul edərsə, onda mütləq bu problemlər həllini tapacaq. Qarşıdakı günlərdə tərəflər arasında müzakirələr aparılacaq. Bu danışıqlardan ciddi nəticələr gözlənilir”, - deyə sözçü qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az