“Lockheed” LANTIRN nişanalma və naviqasiya sistemlərinə

2018/07/657567567_1532766851.jpg
Oxunub: 3179     22:32     28 İyul 2018    
“Lockheed Martin” gecə üçün aşağı yüksəklikli naviqasiya və infraqırmızı nişanalma sistemləri olan LANTIRN-in istehsalına dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda müqavilənin xarici hərbi satış çərçivəsində imzalandığı bildirilsə də, onu imzalayan ölkənin adı qeyd olunmayıb.

99,9 milyon dəyərində olan müqavilə əsasında görülməsi planlaşdırılan işlər ABŞ-ın Orlando şəhərinə həyata keçiriləcək. Onun 2023-cü ilin iyulunda tamamlanması planlaşdırılır.

Qeyd edək ki, LANTIRN əsasən ixrac məqsədilə istehsal olunur və ona bir çox ölkənin istifadəsindəki təyyarələrdə rast gəlmək mümkündür. O, təyyarələrə gecə vaxtı alçaqdan uçma imkanı yaradır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: LANTIRN   Lockheed-Martin  


Bizi "telegram"da izləyin