ABŞ tezliklə kosmos üçün müdafiə sistemi hazırlaya bilər

2018/07/5345_1532766457.jpg
Oxunub: 4305     21:25     28 İyul 2018    
2019-cu ilin Milli Müdafiə Səlahiyyətləndirmə Qanununda Pentaqona ABŞ Konqresinə kosmik bazalı müdafiə sisteminin inşasına dair planı hazırlayıb təqdim etməsi göstərişi verilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əsas hədəf kosmos bazalı ballistik raketdən müdafiə sistemi inşa etmək olsa da, bu təşəbbüs həm də Rusiya və Çindən ABŞ-a meydana gələ biləcək hipersəs təhdidlərinə qarşı müdafiəyə də təsir edə bilər.

Mütəxəssislər hazırkı texnologiya ilə bu müdafiə sistemlərinin inşasının mümkün olduğunu düşünürlər.

Bu qanunun qəbul edilməsində ilk mərhələ kimi 2018-ci maliyyə ilinin müdafiə büdcəsi dəyərləndirilir. Belə ki, həmin büdcə layihəsində kosmik bazalı müdafiə sisteminin inşası üçün zəruri şərtlərin araşdırılması göstərilib.

Həmin müdafiə büdcəsində kosmik bazalı müdafiə sisteminin hazırlanması göstərilsə də, büdcə layihəsinin sonuncu versiyasında o, sənəddən çıxarılmışdı.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Müdafiə-sistemi  


Bizi "telegram"da izləyin