Müdafiə ilə bağlı akt kibertəhlükəsizlik doktrinasını özündə ehtiva edir

2018/07/6456_1532766282.jpg
Oxunub: 3472     20:53     28 İyul 2018    
Konqresinin “Milli Müdafiə üzrə Akt”ı ABŞ-ı daha da təkmilləşdirilmiş kibermüharibə doktrinasına bir addım da yaxınlaşdıracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə fikri ABŞ senatoru Ben Sasse bildirib.

O qeyd edib ki, təxminən 1300 səhifəlik qanun layihəsi müdafiə məsələlərindəki kibertəhlükəsizlik problemlərinin daha da qabardılmasına imkan yaradacaq.

“Bu qanun layihəsi kibertəhlükəsizlik məsələlərinin bu qədər əhəmiyyətli şəkildə qeyd olunduğu ilk hüquqi akt olacaq. Biz daha sonra sözügedən qanun layihəsinin təkmilləşdirilmiş kiber müharibə doktrinasını daha da inkişaf etdirmək üçün 14 nəfərlik komissiya formalaşdıracağıq. Komissiya bu doktrinanın müstəqil bir akt halına gətirib onu “Milli Müdafiə üzrə Akt”ın tərkibindən çıxarmaq üzərində işləyəcək”, - deyə senator bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin