Müharibədə “Şarngorst” amili: İnformasiyanın bir mərkəzdən idarə olunması zəruridir – HƏRBİ EKSPERT (ANALİZ)

2018/07/7567_1532416077.jpg
Oxunub: 5656     15:50     24 İyul 2018    
Dünya tarixindən təcrübələr göstərir ki, informasiya ilə yaxşı davranan, onu qiymətləndirib istifadə edə bilən dövlətlər bütün mücadilələrdən, konfrontasiyalardan həmişə qalib çıxıblar. Çin dövləti öz tarixinin bir neçə minillikləri ərzində qonşu dövlətlərlə mübarizə təcrübəsindən strategiya sahəsində geniş bliliklər əldə edərək, onları sistemləşdirib. Strategiya anlayışı mücadilədə taktiki tədbirlərin formasını, ardıcıllığını, miqdarını, yerini elə müəyyən edib yerinə yetirməkdir ki, qələbəni təmin edə bilsin.

Çin strategiyasının 36 əsas elementlərindən (strategemlər) bir neçəsi informasiyanın tətbiqi ilə bağlıdır. Bunların içərisində dezinformasiya, informasiyanın gizlədilməsi, düşmənin imkanlarının aşkarlanması haqqında müddəalar var. Onlar haqqında geniş ədəbiyyat olduğundan, yalnız traktatın müddəalarından irəli gələn ümumi nəticəni qeyd etmək olar. Orada qələbəni təmin edən əsas amillərin içərisində siyasi və hərbi taktikalarla yanaşı, informasiya mənbəyinin mərkəzləşdirilməsinin vacibliyi də ön plana çəkilir. “Düşmənə döyüşdən qabaq qalib gəlmək lazımdır”, “Körpünü sağdan atdığına inandır, soldan həmlə et”, “Gülümsəyərək, sıyrılmış xəncəri arxanda gizlət", “Dəyənəklə kollara zərbə vur ki, gizlənmiş ilanı vahiməyə salıb qova biləsən”, “Düşmənin siyasət qazanının altına çırpı doldur” və sairə kimi alleqorik tezislər var ki, bunların həyata keçirilməsi üçün rəhbərliyin və ordunun bir vahid mexanizm şəklində əlaqəsi vacib vurğulanır. Qeyd olunan şərtsiz, göstərilən tezislərin həyata keçirilməsi tam mümkünsüz olardı. Düşməni aldatmaq üçün ona açıq ola biləcək informasiya mənbələrinin çoxunu və nüfuzlularını nəzarətə götürmək, əgər bu alınmasa belə, ümumi informasiya strategiyasının bir elementinə çevirmək bacarığı olmalıdır. Əgər düşmənə mənsub bütün informasiya mənbələrinin çoxluğuna nəzarəti əldə etmək qabiliyyəti yoxdursa, onu faktlar dənizində boğmağı bacarmaq lazımdır ki, onun da analitik qurumları konkret nəticə çıxarmaq imkanından məhrum olsunlar.

Bu metodlardan istifadə etmək bacarığı olan alman Baş Qərargahı 1941-ci ildə sovet rəhbərliyi qarşısında elə məlumat çoxluğu yaratmışdı ki, о, bir neçə yerdən düzgün məlumat almasına baxmayaraq, ziddiyyətli məlumatlar toplumunda başını itirərək, səhv qərarlar çıxarmışdı. Bu da milyonlarla vətəndaşın məhvi, ölkənin ən məhsuldar kənd təsərrüfatı və ən inkşaf etmiş sənayesi olan bölgələrinin işğalı ilə nəticələnmişdi.

Sovet hərbi kəşfiyyatı müharibədən əvvəl alman ordusunun kütləvi surətdə tüklü qoyun dərisindən olan gödəkçələri və kəskin şaxtalara davamlı atıcı silahlar üçün sürtgü yağları tədarük etdiyini müəyyən edərək, almanların 1941-ci ilin qışını SSRİ ərazisində keçirməyi planlaşdırdıqları ehtimalının çox yüksək olmasını rəhbərliyə məruzə edirlər. Lakin alman qərargahının və informasiya nazirliyinin mərkəzləşdirilmiş ümumi plan üzrə hərəkəti, doğru informasiyanı yalana qataraq emal etməsi, sovet rəhbərliyini çıxılmaz vəziyyətə qoyurdu.

Belə ki, alman qərargahı güclü hərbi və siyasi kəşfiyyata malik Sovet İttifaqından müharibə tədarükünü gizlədə bilməyəcəyini yəqin edərək, daha müdhiş bir informasiya planı hazırladı. Nəticədə Sovet rəhbərliyi hətta müharibə başlayandan sonra da inana bilmirdi ki, almanlar hücum edərək müharibəyə başlayıblar. Onlar 1942-ci ildə Sovet İttifaqına hücum planının olduğunu çox zəif şəkildə gizlədərək, özləri şərait yaratmışdılar ki, bu sirr sovet kəşfiyyatı tərəfindən aşkarlansın. Sovet rəhbərliyi bu hiyləyə tam aldanmasa da, öz hərbi planlaşdırmaları və müharibəyə tədarük (mobilizasiya) planında həmin tarixin müəyyən təsiri özünü göstərmişdi.

Sovet dövründə dəbdə olan “beşilliyin planlarını üç ildə yerinə yetirək!” şüarlarını belə plana tətbiq edərək, tədarükü tezləşdirmək mümkünsüzdür. Belə ki, sovet mobilizasiya proqramı müharibə üçün bir neçə milyon çağırışçı cəlb etmək nəzərdə tuturdu ki, onları yazda və yayda kənd təsərrüfatında məhsul yığımından ayırmaqla orduya cəlb etmək olardı. Çağırışçıları bir kənd təsərrüfatı ili qabaqcadan sahələrdən ayırmaq isə ölkənin ərzaq təhlükəsizliyinə böyük zərbə olardı. Payızda çağırış daha məqsədəuyğun olardı. Lakin sovet rəhbərliyinin müəyyən dairələri alman ordusunun Rusiya ərazisində aktiv qış hərbi kompaniyası aparacağına haqlı olaraq inamları yox idi. Çünki SSRİ ərazisində aktiv qış hərbi kompaniyası aparmaq müxtəlif texniki və taktiki çətinliklərlə üzləşə bilərdi ki, onları heç bir Avropa ordusu qət edə bilməzdi və ya bilməmişdi. Ona görə də ehtimal olunurdu ki, düşmən 1942-ci ilin yazının sonunda, ən ehtiyatlı analitiklər isə alman qüvvələrinin sərhədə toplaşması tempinə istinad edərək, 1941-ci ilin iyulunun ortalarında hücum edəcəyinə əmin idilər. Onlar da ağıllı alman planı nəticəsində aldanmışdılar.

Almanlar sərhədə qüvvə topladıqlarını gizlədə bilməyəcəklərinə əmin olduqlarından, toplanışın həyata keçirilmə faktını yox, tempini çox bacarıqla gizlətməyə nail oldular. Bu isə sovet rəhbərliyində belə təəssürat yaratmağa imkan verdi ki, toplanan alman qüvvələri effektiv həmlə üçün kifayət deyil. Bu templə yalnız sonra hücum təşkil etməyə imkan verən qüvvələr toplamaq olar. Almanların bu tədbirləri, həm də belə təəssürat yaradırdı ki, onlar bunu iki köməkçi məqsəd üçün edirdilər:

Birincisi, Avropanın müharibədən sonra bölünməsində sovet tələblərinin həddən çox olmasına görə alman rəhbərliyi ona hədə-qorxu gəlib, psixoloji təsir edir ki, iştahasını azaltsın;

İkincisi, sovet sərhədlərində müharibə tədarükü təsəvvürü yaratmaqla Britaniyaya hücumunu maskalasın.

Hər iki məqsəd Stalini qorxuda bilməzdi. Çünki artıq Almaniya ilə müharibənin qaçılmazlığı qərarı tam qəbul olunmuşdu. Hər şeyi alman hədələri yox, müharibənin yekunu müəyyən edəcəkdi. İkinci məqsəd isə onu yalnız sevindirirdi ki, bu da dünya müharibəsinin gedişi haqqında ehtimallarının doğruluğuna sübut idi. Yəni almanlar Britaniya ilə hesabı çürüdəndən sonra, şərqdə müharibəyə başlayacaqlar. Çünki alman strateqləri öz ölkələrinin şərq və qərb cəbhəsində eyni zamanda müharibə aparılmasına qarşı öz əsərlərində qətiyyətlə çıxış edirdilər.

Artıq bu hadisələr tarix olduğundan, biz bilirik ki, sovet rəhbərliyi çoxsaylı kəşfiyyat strukturlarına malik olmalarına baxmayaraq, alman informasiya mənbələri tərəfindən çox bacarıqla aldadılmışdılar. Totalitar sovet rəhbərliyinin ifrat məxfilik təmin etmə imkanları olduğu halda, nisbətən daha çox aşkarlıq şəraitində işləyən alman dövlət maşını bu informasiya və təşviqat oyununda qalib çıxdı. Çünki dövlətin mülki və hərbi informasiya mənbələri bir nöqtədən qəti idarə edilməsə belə, bacarıqlı koordinasiya olunurdu. Bu struktur hətta Almaniya uduzarkən, onun zavodları, elektrik stansiyaları, nəqliyyat qovşaqları şiddətli bombardman edildiyi halda da ölkədə panika yaranmasına imkan vermədi.

Əlbəttə, qeyd olunan şərt qələbəni təmin edəcək mühüm amillərdən biridir. Amma ən mühümü deyil. Alman dövlətinin dünyanın ən çox resursu olan dövlətlərinə qarşı təkbaşına müharibəsi ona heç bir şans vermirdi. Lakin ekstremal şəraitdə informasiya mənbələrinin mərkəzdən koordinasiyası, müxtəlif mülki və hərbi strukturlarının bacarıqlı uzlaşması alman idarəetmə orqanlarının qeyd-şərtsiz təslim gününə qədər öz effektivliyini saxlamağa imkan verdi ki, bu da ölkəni tam ləğv etmək fikrində olan qalib dövlətlərin əzmkarlığını müəyyən qədər soyutdu. Qərara alındı ki, almanların özlərini idarə etməsi daha ucuz, effektli və Avropada sülh üçün daha təhlükəsiz olar. Bununla da alman xalqı öz dövlətini qoruyub saxlaya bildi.

1870-ci ildə Almaniyanın istedadlı Baş naziri Bismark daha güclü hesab olunan Fransa dövlətini diplomatik tələyə salaraq, onu müharibə təşəbbüsçüsü vəziyyətinə gətirərək, özünün dövlət və informasiya strukturlarının daha mütəşəkkil qurulması sayəsində Fransanı məğlubiyyətə uğratdı.

Fransa o dövrdə iqtisadi, hərbi və mədəniyyət sahələrində Avropanın və dünyanın ən qüdrətli dövləti sayılırdı. 1868-ci ildə Prussiya dövləti “Alman İttifaqı”ndan ayrılaraq müstəqilliyə can atan İtaliya ilə birlikdə “Alman ittifaqını” “alman müharibəsi" və ya “yeddi həftəlik müharibə” adlandırılan müharibədə məğlub etdi. Fransa isə Prussiyanın güclənməsinə mane olmaq üçün müxtəlif tədbirlər görürdü. Artıq güclənmiş və özünə tam arxayın olan Prusiya özü müharibəyə can ataraq, Fransanı məğlub edib yerində oturtmağa çalışırdı. Həmin il, 1868-ci ildə İspaniyada inqilab baş verdi və İspan kraliçası II İzabella devrildi. Avropada hegemonluq roluna can atan Fransa İspan taxtına namizədi özü müəyyən etmək istəyirdi. Lakin elə də qətiyyətli olmayan Prussiya kralı I Vilhelm öz qohumu Leopold Qoqensollernin İspaniya taxtına haqqı olduğu tələblərini gizli müdafiə edirdi. Fransa imperatoru lll Napoleon prus kralının bu “özbaşınalığından” hiddətlənərək, ondan tələb etdi ki, qohumunu bu fikirdən daşındırsın. Fransa ilə müharibəyə can atmamağa çalışan kral Vilhelm qohumu Leopoldu və onun atası Antonu müalicə olunduğu Bad-Ems şəhərində qəbul edərək, bu fikirdən daşınmalarının məqsədəuyğun olmasını qəbul etdirdi. Prussiya üzərində bu diplomatik qələbədən məmnun olan lll Napoleon, razı qaldığını bildirdi. Lakin ekspansionist əhval-ruhiyyədə olan Fransa hökuməti və ictimaiyyəti bu qərarla qəti razı olmadıqlarını bildirdilər. 5 gündən sonra Fransa imperatoru öz səfiri Vinsent Bendettini Bad-Emsə göndərərək, Vilhelmdən dilindən yazılı iltizam verməsini tələb etdi. Diplomatik etiket qaydalarını pozan bu tələb Vilhelmi qəzəbləndirdi və o, səfirlə rəsmi protokol görüşündən imtina etdi. Səfir gözləyərək bu tələbləri Bad-Ems vağzalından Berlinə yola düşən imperatora ayaqüstü oxumağa məcbur oldu. Yenə də müharibəyə tələsməyən Vilhelm, onun vağzalda qərar vermək həvəsi olmadığını deyərək, bu haqda heç bir şey deməyəcəyini elan etdi. Lakin bəyanatın sərtliyini bir az yumşaldaraq, Berlində bu məsələyə bir də qayıdacağını vəd etdi.

O, Berlində baş nazir Bismarkla məsləhətləşərək,belə bir vəd verməsi üçün hüququnun olmadığını mətbuat vasitəsilə elan etdi. Bundan hiddətlənən Fransa hökuməti daha 6 gündən sonra, 19 iyul 1870 ci ildə Prussiyaya müharibə elan etdi.

Bu müharibənin nəticələri Fransa üçün çox acınacaqlı oldu. Prussiya Fransa ordusunu darmadağın edərək, 6 ay davam edən müharibədə tam qələbə qazandı. Naoleon devrildi və Fransada lll Respublika elan olundu. Alman elitası və zadəganları qarşısında, Fransanın dövlət simvolu olan Versal sarayında l Vilhelm İmperator titulunu qəbul etdi. Beləliklə, Fransanın Avropada hegemonluğu iddiasına son qoyuldu.

Fransanın məğlubiyyətinin səbəbləri çoxdur. Ən birincisi, bu ölkənin əcaib dövlət quruluşu və ondan doğan kolliziyalar idi. Ölkə başçısı imperator adlansa da, ordu və xüsusi xidmətlər 1870-ci ilin mayında (müharibədən 2 ay qabaq) qəbul olunmuş konstitusiyaya görə ona tam tabe deyildilər. Yeni idarəçilik strukturları tam təşəkkül tapmamış dövlətdə, tam diplomatik və məxfi informasiyaya malik olmayan populist parlament həqiqi vəziyyətin nə səviyyədə olmasını dərk edə bilmirdi. Bu şəraitdə durumu dərk edənlərə inam da çox zəif idi. Avropanın ən çoxsaylı fransız ordusunun yüksək rütbəli zabitləri əfsanəvi Napoleon marşallarının məktəbini keçmişdilər. Fransız ordusunun ayrılıqda hər bir Avropa ölkəsi ordusunu əzə bilməsi inamı və qüdrəti var idi. Lakin ordu və dövlət strukturlarının müharibə şəraitində uzlaşmaması, bu strukturların düşmən haqqında informasiyanı qiymətləndirməyi bacarmaması, düşmənə səriştəsiz mesajların ötürülməsi, müharibəyə və onun uduzulmasına gətirib çıxardı.

Ümumiyyətlə, dahi sərkərdə olan Napoleon Bonopart Fransa ordusunun 1792-ci ildə Baş Qərargah adını almış Baş Kvartirmeyster xidmətini təkmilləşdirərək, ona özünə lazım olan informasiyanı operativ şəkildə əldə edə bilən, lazımi əməliyyat təqdiqatları aparan bir xidmətə çevirərək özünün səliqəli və pedant marşalı olan Aleksandr Bertyeni rəhbər təyin etmişdi. Napoleonun sərkərdəlik qabiliyyəti, analitik qabiliyyəti o qədər yüksək idi ki, Bertyenin qərargahı yalnız köməkçi vəzifələri yerinə yetirirdi. O , imperatorun özünün düşünüb hazırladığı əməliyyatlara riyazi dəqiqliklə təminatlar və ordulara dəqiq əmrlər hazırlayırdı. Napoleon ordusunun 1805-1814-cü illərdə başqa ordulardan üstünlüyü yalnız onun çox yüksək mərkəzləşdirilmiş operativ idarəetmə qərargahının olması ilə bağlı idi. Əlbəttə, bu qərargah indiki Baş Qərargahlardan çox fərqlənirdi. O, strateji tədbirlər planı hazırlayan orqandan daha çox, Napoleonun strateji zəkasına xidmət edən bir operativ orqan idi.

Napoleon Bonopart kimi dahi sərkərdələri olmayan dövlətlərdə onun qələbələrinin səbəblərini araşdırmağa başladılar. Alman (Prussiya) generalı və hərbi nəzəriyyəçisi Gerhard Şarnhorst öz yazılarında təklif edirdi ki, belə dahi beyinləri olmayan ordularda fransa ordusunu neyrtallaşdıra biləcək, sərkərdələrə (generallara) kömək edə biləcək operativ məsələləri öz üzərinə götürə bilən, əməliyyatlar planı hazırlayıb, rəhbərliyə təklif edə biləcək bir qurum yaradılmalıdır ki, onu generalştab (general yanında qərargah və ya generallar qərargahı) adlandırmaq olar. 1806-1807 ci illərdə Şarnhorst prus ordusunun baş general-kvartirmeysteri vəzifəsində Fransa ordusu tərəfindən darmadağın olunmaq acısını yaşamışdı. Tilzit sülhü bağlanan kimi o öz həmfikirləri generallar Boyen, Qneyzenau, Klauzevits və Qrolman daxil olan “orduda islahatlar komissiyasına” sədr təyin edildi . Onun fikri orduda radikal yeniliklər həyata keçirməklə “alman torpaqlarını fransız zülmündən azad etmək” idi. Müasir Ali Baş Qərargah prinsiplərini bu generallar kollektivi yaradıb ki, sonradan Rusiya İmperiyası və Sovet ordusuna da generalştab sözü hərfi mənada keçib. Lakin bunlar başqa məna daşıyıcısıdır. Rusca, General sözü “Ali Baş” sözünü ifadə edir. Yəni almanca “generalların qərargahı” sözü dəyişikliksiz rus dilinə keçsə də, “Ali Baş Qərargah” mənasını ifadə edir.

Generallar komissiyası Prussiyanın rekrutla formalaşdırılan kral ordusunu Fransanın inqilabi ordusuna oxşar çağırış prinsipi ilə formalaşdırmağı, fransız çağırışından daha effektiv olan landver və landşturm ehtiyatlarını yaratmağı tövsiyyə etdi. Bundan əlavə, ümumi çağırışda zadəgan övladlarının başqa kral ordularından fərqli olaraq yalnız sıravi rütbə ilə çağırılmasını tələb etdi. Əsgəri cəza məqsədi ilə döymək qaydasının ordu nizamnaməsindən çıxarılması təklif olundu. Öz tövsiyyələrini həyata keçirmək üçün Şarnhrost 1808-ci ildə Prussiyanın hərbi naziri təyin edildi. Bu islahatların çoxunu Napoleonun qorxusundan etmək mümkün deyildi. Napoleon Prussiya qarşısında ultimativ şərt qoymuşdu ki, onun ordusunun sayı 42 mindən artıq olmamalıdır. Hazırlıqlı ehtiyatdan söhbət belə gedə bilməzdi. Ona görə də, hazırlanmış islahatlar tam gücü ilə Fransa ilə açıq düşmənçiliyə keçəndən sonra, 1813-cü ildə işə düşdü. Sonra istedadlı hərbi nəzəriyyəçilər Moltke sülaləsi Prussiya ordusunu və müharibə nəzəriyyəsini daha da inkşaf etdirdilər.

1870-ci ildə lll Napoleon özü də İsveçrə ordusunda kapitan rütbəsinə qədər qalxmış hərbçi olsa da öz əmisi İmperator Napoleon Bonopartdan fərqli olaraq, fitri hərbi istedada və diplomatik bacarığa malik deyildi. Daxili siyasət sahəsində bacarığı pis olmayan istedadlı, demaqoq lll Napoleon xarici siyasətdə çoxlu səhflər buraxırdı. Fransız ordusu ənənəvi olaraq yüksək döyüş qabiliyyətinə malik olsa da, Ali Baş Qərargahı da ənənəvi olaraq hərbi nəzəriyyələri generasiya edən strateji idarəçilik qurumu yox, yardımçı rol oynayırdı. Alman Baş Qərargahı sistemli şəkildə mübarizə strategiyası hazırlayaraq, müharibənin bütün aspektlərinə nəzarət və idarəetmə funksiyasını müvəffəqiyyətlə həyata keçirirdi. Orduya və müharibəyə fərqli sistem baxışı yekun olaraq Fransanın məğlubiyyətinə gətirib çıxardı.

Almaniyanın və Fransanın timsalında silahlı mübarizədə iki baxış görürük. 19 əsrin əvvəllərində çağırışçı ordusu yaratmış Fransa, bəzi lokal məğlubiyyətləri çıxmaq şərti ilə, Avropanin professional kral ordularını asanlıqla məğlub edirdi. Bu ordularda hərbi xidmət demək olar ki, ömürlük idi. Bu da xətti döyüşdə həmin orduların döyüş hazırlığını çox yüksək edirdi. Lakin Napoleon Bonopartın fitri hərbi istedadı elə strateji və taktiki şəraitlər qururdu ki, bu ordular özlərinin üstünlüklərindən istifadə edə bilməsinlər.Bundan əlavə, fransa mətbuatının bütün avropa ölkələri ilə müqayisədə çox yüksək səviyyəsi, onun hərbi məsələlərdə dövlətlə həmrəyliyi, hətta ölkə sərhədlərindən kənar çox uzaqda aparılan döyüşlərin müdafiə xarakterli olduğunu əhaliyə izah etməyə imkan verirdi. Çağırışçı ordu, özünü döyüşlərdə qorumağa çalışan peşəkar kral əsgərlərindən fərqli olaraq, müharibəni özününkü sayır, gücünü qələbədən əsirgəmirdilər. Ona görə də ideyalı çağırışçılar ideyasız peşəkarları hər bir şəraitdə vurmağa və məğlub etməyə nail olurdular. Əlbəttə ki, Napoleonun hərbi istedadının köməyi ilə. Fransız xalqının özünü müdafiə etməsi fikri Vaterloo döyüşündə bütün Avropanın birləşmiş kral-zadəgan orduları Napoleon ordusuna qalib gələndən sonra əhali arasında daha da möhkəmləndi.

Burbonlar hakimiyyətə qayıtdıqdan sonra belə, öz kürsülərini saxlamış istedadlı və hiyləgər dövlət xadimləri Taleyran, Jozef Fuşe, bir çox ordu marşalları, “bərpaçıların” yeni yaranmış, özünü yaxşı göstərmiş dövlət strukturlarını tam sökmək əzmini müəyyən qədər soyutdular. Hər sahədə yaranmış inqilabi ətalətlə 19-cu əsrin üçüncü rübünə qədər Fransanın inkşafı bu minvalla davam etdi. Lakin iqtisadi və mədəni cəhətdən dünya lideri olan Fransanı siyasi təlatümlər bürümüşdü. Napoleon dövrünü ideallaşdıran xalqın inqilabi əzmindən müxtəlif demaqoqlar hakimiyyət uğrunda mübarizə üçün istifadə etməyə çalışırdılar. Onların içində ən bariz nümunələrdən biri də lll Napoleon idi.

Prussiya tam başqa yolla inkşaf edirdi. Artıq 16-cı əsrdə mərkəzləşdirilməni tam başa çatdırmağa nail olmuş Fransadan fərqli olaraq, alman xalqı onlarla müxtəlif dövlətlər arasında səpələnmişdi. Alman xalqı bərabərlik, qardaşlıq, seçki ideyalarından daha çox, mərkəzləşdirilmiş dövləti ideallaşdırırdı. Bu ideya uğrunda mübarizəni şüar etmiş Prussiya krallığı, kral ll Fridrixin dövlətçilik istedadı sayəsində o biri alman dövlətləri ilə müqayisədə daha konkret və əlverişli mövqe tuturdu. Onun tutduğu mövqeni hakimiyyətə gələn övladları da davam etdirirdilər. Alman xalqının böyük bir hissəsi bu məsələdə Napoleon müharibələri dövründə ölkəyə rəhbərlik edən kral lll Fridrix Vilhelmi dəstəkləyirdi. Bu kral Şarnxrostun rəhbərlik etdiyi komissiyanın tövsiyələrini yerinə yetirərək, hətta siyasi, iqtisadi və məktəb islahatları da həyata keçirdi. Alman məktəbi, universiteti, mətbuatı və ordusu daha mütəşəkkil oldu. Bu, müxtəlif xırda alman dövlətləri üçün daha cazibədar oldu. Prussiya onları özünə birləşdirdikdən sonra artıq 1868-ildə hərbi potensialını Fransaya yaxınlaşdırmağı bacardı. 18-ci əsrdə axmaq inadkarlıq simvolu olan prus hərbi məktəbi, 19-cu əsrin ikinci yarısından bu günədək ziyalılıq simvoluna çevrildi. Onu da qeyd edim ki, rus çarlarının nümunə götürdüyü prus hərbi məktəbi - keçmiş prus hərbi məktəbi idi.

Bu missal onu göstərir ki, dövlətin müdafiə potensialını kompleksli yanaşma ilə qaldırıb, əvvəllər ağla gəlməyən rəqibini də məğlub etmək mümkündür.

Müasir mühərriklər (mobillik), informasiyanın sürətli yayılması dövründə silahlı mücadilə ən son həddə tətbiq olunan bir vasitədir. Müasir müharibədə ölkələrin bütün potensilanını və ehtiyatlarını cəlb etmədən qələbə qazanmaq mümkün deyil. Düşünülməmiş müharibə ölkəyə XlX əsrin müharibələrindən onlarla qat artıq ziyan vura bilər. Bu baxımdan dövlətin aidiyyəti qurumlarının strateji görüşünün əhəmiyyəti qat-qat artaraq, ön plana çıxır. Məhz hazırda antik dövrdən indiyədək dünya strateqlərinin arzuladıqları ideal şərait formalaşıb. Yəni silahlı mübarizə, düşünülmüş siyasi, iqtisadi və mədəni qarşıdurmanın ən son fazasında tətbiq edilərək, bu sahələrdə aparılan rəqabətdə qələbənin nəticələrini formallaşdırmaq vasitəsinə çevrilib. Düşmənin məğlubiyyətinin bünövrəsi iqtisadi və informasiya sahəsində qoyulur. Ondan sonra qələbə əzmini itirmiş düşmənlə mübarizə böyük qurbanlar hesabına yox, daha az insan ehtiyatları hesabına olur. Xarakterindən fərqli olmayaraq, bütün müharibələrdə baş vermiş insan itkiləri xalqın, dövlətin gələcəyindən yüksək faizlə götürülmüş bir borc deməkdir. Hətta qələbə ilə nəticələnən müharibə də böyük itkilər bahasına olarsa, götürülmüş “kredit”in nə vaxtsa qaytarıla biləcəyi şansı azalır, “bankrot” olmaq imkanı çoxalır. Dövlətin gələcəkdə “demoqrafik platoya” və hətta “demoqrafik quyuya” düşmək ehtimalı çoxalır ki, bu da ölkəni gələcəkdə ölüm-qalım problemləri ilə qarşılaşdıra bilər. Tarixdə çox aqressiv olmuş bir çox dövlətlərin, xalqların müasir, problemli dövrü bununla bağlıdır.

Bütün deyilənləri nəzərə alaraq, belə məticə çıxarmaq olar ki, düşmənə iqtisadi və informasiya sahəsində qələbə qazanmaq lazımdır ki, hərbi mücadilə yalnız bu qələbənin şərtlərini formallaşdırsın, formalizə etsin. Yuqoslaviya, İraq, Suriya, Kəşmir, Yəmən, Əfaqanıstan və s. müharibələrinin təcrübəsindən istifadə edərək, hərb nəzəriyyəsini daha da inkşaf etdirmək üçün dövlət səviyyəsində şərait yaradan, “Şarngorst komissiyası” tipli qurumlar quran dövlətlər udacaq, dövlətin hərbi işə aid bütün sahələrinin effektiv koordinasiyasını təşkil edən ölkələr daim qazanacaqlar.

Bu koordinasiyanın iqtisadi sahədə balansını tapmaq nisbətən çətin olsa da, idarəetmə və informasiya strukturlarının koordinasiyasını təmin etmək qat-qat asandır. Yalnız qəbul olunmuş effektiv qərardan asılıdır. Necə ki, “Şarnhorst komissiyası” prus Baş Qərargahının səlahiyyətlərini də özünə götürərək, birbaşa dövlət başçısı yanında icra qurumu rolunu oynayaraq, bütün hərbi iqtisadiyyat, təhsil, təbliğat və informasiya sahəsində islahatların koordinasiyasını özündə çəmləmişdi. Şarnhorst özü kral lll Fridrix Vilhelm tərəfindən hərbi nazir təyin olduğundan, heç bir qurumun başı üzərindən və onun səlahiyyətlərinə girmədən öz işini aparmaq imkanı əldə etmişdi.

Dünyanın hərbi cəhətdən yüksək inkşaf etmiş müxtəlif dövlətlərində oxşar qurumları və idarəetmə mexanizmlərini müəyyənləşdirib aşkar etmək olar. Sovet məkanında bu vəzifələr Kommunist partiyasının mərkəzi komitəsinin orduya total nüfuz etmiş strukturları vasitəsilə həyata keçirilirdi. Sovet komandirləri hamısı bir partiya üzvü olduğundan və partiya nizamnaməsinə ordu nizamnaməsi qədər tabe olduqlarından, partiyanın mərkəzi komitəsinin ordu ilə əlaqədar şöbəsi strateji tədbirlərlə yanaşı, ordunun, mətbuatın, kəşfiyyatın ölkənin siyasi rəhbərliyi ilə birbaşa koordinasiyasını həyata keçirirdi. Mərkəzi komitənin aidiyyətli şöbəsinin rəhbəri ölkəyə birbaşa rəhbərlik həyata keçirən Kommunist Partiyasının siyasi bürosunun üzvü olurdu. Ordunun nəinki strateji məsələlərlə əlaqəli problemləri, hətta onun cari həyatı dövlətin ali idarəetmə orqanının demək olar ki, hər bir iclasında müzakirə olunurdu.

Sovet dövlətinin dağılmasından sonra həmin ierarxik prinsip pozuldu. Operativ-taktiki və icraçı qərarları yerinə yetirən Müdafiə Naziri aparatı, Baş Qərargah sistem şəkildə strateji planlaşdırma ilə məşğul olan, dövlət rəhbərliyinə birbaşa çıxışı olan nüfuzlu bir icra orqanından məhrum oldular.

Uzun hərbi və dövlətçilik ənənələri olan Rusiya özü də bu günə qədər əvəzedici effektiv bir struktur yaratmasa da, həmin orqanın səlahiyyətlərini formal və qeyri-formal şəkildə yerdə qalan qurumlar arasında bölüşdürməyə çalışır. Qeyri postsovet məkanı dövlətləri belə bir effektiv, nüfuzlu strukturu hələlik yaratmayıblar. Bu da strateji planlaşdırmanı elmi əsaslarla quraraq, ölkənin bütün həyatını idarə edən strukturlarla operativ uzlaşmanı çətinləşdirir. Yaxın gələcəkdə postsovet məkanında bu istiqamətdə islahatların aparılacağı gözlənilir. Maraqlı planlaşdırma və idarəetmə nümunələrinin yaradılacağı şübhəsizdir. Çünki cari durum, orduları, onların birbaşa və bilavasitə rəhbərliyindən – Ali Baş Komandanlardan ikinci dərəcəli qurumlar vasitəsilə ayırır. Bu isə normal şərait deyil. Şübhəsiz ki, hazırkı durumdan effektiv çıxış yolları axtarılır.

Maraqlı dövrdə yaşayırıq.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: İnformasiya-müharibəsi   Almaniya-Fransa  

Müharibədə “Şarngorst” amili: İnformasiyanın bir mərkəzdən idarə olunması zəruridir – HƏRBİ EKSPERT (ANALİZ)

2018/07/7567_1532416077.jpg
Oxunub: 5657     15:50     24 İyul 2018    