"Lynx" şassisində LORA: Operativ taktiki raketlərin unikal imkanları – HƏRBİ EKSPERT

2018/06/maxresdefault_1528736049.jpg
Oxunub: 4279     21:38     11 İyun 2018    
LORA ( Long-Range Artillery Missile-Uzaq Mənzilli Artilleriya Raketi) İsrailin "İsrael Aircraft Industries" (IAI) şirkəti tərəfindən hazırlanan bir pilləli, sərt yanacaqlı kvaziballistik trayektoriyalı operativ taktiki raketdir.

LORA raketləri düşmən qoşunlarının müdafiəsinin əməliyyat dərinliklərində xüsusi mühüm obyektlərə: HHM batareyalarına, dayanacaqda olan təyyarə və helikopterlərinə, hərbi hissələrin ehtiyat və cəmləşmə rayonlarına, komanda məntəqələrinə, atəş vasitələrinə (artilleriya və dəqiq atəş qurğularına), infrastruktur elementlərinə (idarəetmə məntəqələrinə, rabitə qovşaqlarını, elektrik stansiyalarına, bazalarına, rabitə qovşaqlarına) və sənaye infrastrukturunun əhəmiyyətli obyektlərinə qəfil və dəqiq raket zərbələri endirmək üçün nəzərdə tutulub.

Əsas taktiki və texniki xüsusiyyətləri aşağıdakılardır:

Atəş məsafəsi: 30- 300 km;
Hədəfdən yayınma ehtimalı: 10 m;
Döyüş başlığı:
Qəlpəli fuqas - 400 kq;
Nüfuzedici - 600 kq;
Çəkisi: 1.7 t;
Uzunluğu: 5 m;
Çapı: 610 mm;
Uçuş yüksəkliyi: 45 km.

Atışdan hədəfə qədər olan məsafəni raketin 10 dəqiqədən daha az vaxtda qət etdiyi bildirilir. Universal atıcı qurğuya malik LORA kompleksi müxtəlif çaplı konteynerlərdən fərqli raketlərin buraxılmasını həyata keçirə bilir. Atıcı qurğu yük maşınlarına və döyüş gəmilərinin müxtəlif versiyalarına yerləşdirilə bilər.

Bu raketlərin hazırlanmasına 2003-cü ildə başlanılıb. 2004- cü ildə Aralıq dənizində uğurlu sınaqlarını tamamlayan LORA OTR sistemləri İsrail şirkəti tərəfindən Türkiyəyə və Hindistana təklif edilsə də, onlar raketlərə ciddi maraq göstərmədilər. Potensial müştəri ola biləcək Hindistan daha uzun atəş məsafəsi tələb edirdi.

Raketin daha üzunmənzilli versiyasının sonrakı müvəffəqiyyətli sınaqları 2006-cı ildə reallaşıb. "İsrail Aerospace Industries" (IAI) tərəfindən hazırlanan uzun mənzilli operativ-taktiki raketlər ilk dəfə 2007-ci ildə ictimaiyyətə nümayiş olunub.

LORA raketləri germetik atıcı-nəqlyyat konteynerlərində (TPK) yerləşdirilir və səhra şəraitində 7 il müddətinə qədər saxlanıla bilir. Kompleks 4 ədəd TPK paketi şəklində daşınır. LORA raketi, GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi tərəfindən bütün uçuş trayektoriyası üzrə idarə edilir.

Kompleks, dörd oxlu, 8x8 təkər formulasına və yüksək keçiricilik qabiliyyətinə malik "KamAZ- 6350" ərazi vasitəsinin şassisi üzərində qurulub. Bu şassi yolsuzluq şəraitində yüksək manevr imkanlarına malikdir və maneələri dəf etmə qabiliyyəti ilə digərlərindən fərqlənir. O, vasitənin üzərinə yaxud qoşquya quraşdırıla bilər. Atıcının mühərriklərinin hamısı elektriklə çalışır. Atıcı 0 dərəcədə daşınan qurğu uzərində müvqeyə yerləşdirilir və raketlər 60-90 dərəcə bucaq altında buraxılır. LORA vasitəsilə döyüş gəmilərindən atəş açaraq quruda yerləşən uzaq məsafəli hədəfləri də vurmaq mümkündür.

GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi sayəsində raketlərin bütün uçuş trayektoriyası üzrə hərəkətinə nəzarət edilir, tələbat yarandıqda trayektoriyaya düzəlişlər edilir. Yüksək dəqiqlik raketi "Navstar" kosmik radionaviqasiya sisteminin tətbiqi nəticəsində əldə olunur. "Israel Aircraft Industries" şirkəti tərəfindən hazırlanan idarəetmə bloku, GPS, TCS və datalink hesabına 10 metrə qədər hədəfdən yayınma ehtimalı əldə edilir ki, bu da LORA raketlərini sinfinin ən dəqiq raketlərindən birinə çevirir. Bir neçə müxtəlif təyinatlı raketlərin istehsalı mövcuddur. Məsələn, özütuşlanan kiçik kalibrli kumulyativ raketlə zirehli texnikaları və ya aerodromda aviasiyanı məhv etmək mümükündür.

Raketlər həm yerüstü, həm də dəniz bazasından buraxıla bilər. Buraxılış nəqliyyat atıcı konteynerlərinin şaquli vəziyyətində həyata keçirilir. İlkin mərhələdə uçuş dörd nəzarət sensoru ilə nizamlanır və uçuş sabitləşdirilir. Raket, hədəfə aşağı sürətlə enməni, atəş məsafəsinin artırılması üçün istifadə edir. Eyni zərbədə LORA atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər biri müxtəlif hədəflərə yönəldilə bilər.

Azərbaycanın son zaman aldığı müasir "Polonez","Smerç", "Lynx", 9K79-1 "Toçka" və s. sistemləri dünyanın ən dəqiq silah sistemləri hesab edilir. Alınan silahlara diqqət etdikdə "Lynx" ilə "Polonez" arasında oxşar cəhətlər də nəzərə çarpır.

Digər tərəfdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daha çox universal şassilərə üstünlük verdiyi də görməmək mümkün deyil. Bu gün yayılan fotolarda LORA operativ taktiki raketlərinin buraxılması üçün "Lynx" YARS şassisindən istifadə edildiyi diqqəti cəlb edir. Əslində önümüzdə YARS ilə OTRK-nın hibridindən ibarət yeni bir kompleks olduğunu deyə bilərəm. Bir az dəqiqləşdirmək istəsəniz, YARS bazasında OTRK da yanlış olmayacaq.

İlk dəfə 2014-ci ilin yayında "Lynx" YARS kompleksinin maksimal məsafələrdə uğurlu sınaqlarını keçirən Azərbaycan ordusu, eyni atıcı qurğudan kompleksin özünə aid raketlərlə bərabər digər ölkələrin istehsalı olan analoji raketlərin də atışlarını həyata keçirib.

Bu qədər yeni alınan sistemlərə öncədən alınanları, yerli isehsalı və tərəfdaş ölkələrin dəstəyini də əlavə etsək, yerdə qalan məsələnin yalnız sistemlərin real döyüş şəraitində tətbiq edilməsinin qaldığını görərik.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: LORA   Lynx  

Xəbər lenti

"Lynx" şassisində LORA: Operativ taktiki raketlərin unikal imkanları – HƏRBİ EKSPERT

2018/06/maxresdefault_1528736049.jpg
Oxunub: 4280     21:38     11 İyun 2018    