Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təqdimat ötən gün həyata keçirilib.
Çıxış edən şirkət rəsmisi Con Makleyn avtomobilin təyinatı ilə bağlı rəsmi açıqlama verərkən bildirib ki, bu texnika şirkətin 38 ildir davam edən, hərbi avtomobillər üzrə ixtisaslaşan G sinfinin 3-cü istehsalıdır.
Əvvəlki modellərdən daha dinamik və rahat idarəolunma keyfiyyətlərilə fərqlənən maşın yolsuzluq şəraitində özünü daha yaxşı doğruldur.
“Bu avtomobillərin hərbi və mülki məqsədli istifadəsi mümkündür. Lakin hərbi məqsədli versiyası xüsusi tələblərlə, ona zireh qoruyucu səth əlavə edilərək istehsal ediləcək”, - deyə şirkətin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, 2560 kq maksimum yükgötürmə bacarığına sahib avtomobilin satış qiyməti 143 min funt sterlinqdir.
Dəyanət Ağalarlı
Ordu.az