Mikro-reaktorlar müdafiə sahəsində yeni inkişafa zəmin verəcək

2018/06/3454_1528447606.jpg
Oxunub: 3368     17:22     08 İyun 2018    
Birləşmiş Ştatların müdafiə məsələlərində enerji təhlükəsizliyi ilə bağlı qanun layihəsinə edilən dəyişiklik ordunun inkişafı üçün uğurlu addım kimi qiymətləndirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qanun layihəsi Konqresdə 351 səslə qəbul edilib.

Yeni qanun layihəsinə əsasən Pentaqon mikro-reaktorların istehsalını həyata keçirə biləcək.

Qeyd edək ki, istehsala əsasən 50 meqavatt gücə sahib super hərbi mikro-reaktorlar ABŞ ordusundakı texniki təchizatın daha davamlı və fasiləsiz istifadəsinə şərait yaradacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikro-reaktorlar   ABŞ  


Bizi "telegram"da izləyin