Pentaqon “oyun pozan” texnologiya axtarşındadır

2018/06/645_1528375463.jpg
Oxunub: 4397     01:43     08 İyun 2018    
ABŞ Müdafiə Nazirliyi Pentaqona edilən kiber hücumlarının qarşısını almaq üçün yeni yüksək texnologiya üzərində işlərin davam etdiyini bildirib.

Ordu.az xarici KİV- lərə istinadən xəbər verir ki, bu barədə ötən gün Pentaqondan rəsmi açıqlama verilib.

Açıqlamada bildirilib ki, Müdafiə Nazirliyi hərbi qulluqçularının hesablarına çox sayda hücumlar olur. Pentaqon hazırkı sistemlə bu hücumlarla mübarizədə çətinlik çəkir.

Açıqlama da o da vurğulanıb ki, hazırda Pentaqonun Elm və Texnoloji araşdırmalar bölməsində, 3 milyon qulluqçunun onlayn hesablarının tam təhlükəsizliyini təmin edəcək bir sistem üzərində işləri davam edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Kiber-hücum  


Bizi "telegram"da izləyin