Liderlərin sivri dili nüvə raketlərinin atılmasına səbəb ola bilər

2018/06/34529506_2555756801317139_1252233853003628544_n_1528306844.jpg
Oxunub: 2586     01:57     07 İyun 2018    
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya rəhbəri Kim Çen In arasında bu ilin əvvəlində yaşanan nüvə düyməsi qalmaqalı böyük narahatlıq meydana gətirmişdi. Hər kəs nüvə müharibəsindən sonra dünyamızın necə ola biləcəyinə dair az-çox təsəvvürə malikdir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu baxımdan Donald Trampla Kim Çen In arasında iyunun 12-də baş tutması planlaşdırılan görüş dünya üçün böyük əhəmiyyət kəsb edir.

Buna baxmayaraq nüvə müharibəsi təhlükəsi bununla dünyanın üzərindən qalmış olmur. O müxtəlif bölgələrdə mövcudluğunu qoruyur.

Hazırda dünyada bir neçə potensial nüvə qaynar nöqtəsi var. Bunlardan ən narahat edicisi Hindistan və Pakistan arasındadır. Artıq 70 ilə yaxındır davam edən münaqişə son illərdə bir qədər də gərginləşib.

Kolorado universitetinin professoru Brayn Tun və onun komandası Pakistan və Hindistan arasında potensial nüvə müharibəsinin effektlərinin komputer simulyasını hazırlayıb.

Nüvə bombasının yaydığı radioloji enerji atmosferə doğru sıçradıqdan sonra Yerə qayıdaraq vegetasiyanı məhv edə bilər. Bir hissəsi isə atmosferdə qalır. Nəticədə yağışın yağmasına əngəl ola, yerdən qalxan tüstülərin planetin ətrafında qalmasına səbəb ola bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nüvə   ABŞ   KXDR   Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin