“NATO Rusiyaya qarşı edilən sanksiyaları dəstəkləyir” - Stoltenberq

2018/06/876_1528290224.jpg
Oxunub: 1875     20:57     06 İyun 2018    
“Alyans Kremlin Ukraynaya qarşı həyata keçirdiyi aqressiyanı dayandırması üçün həyata keçirilən iqtisadi sanksiyaları dəstəkləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri bu gün Brusseldə keçirilən NATO iclasında təşkilatın Baş katibi Yens Stoltenberq səsləndirib.

O qeyd edib ki, həyata keçirilən iqtisadi sanksiyalar Rusiyaya Ukrayna məsələsi ilə bağlı Qərbin göndərdiyi ciddi mesaj anlamına gəlir.

“İnanıram ki, bu sanksiyalar Ukrayna böhranının həllində çox ciddi təsiri olacaq”, - deyə o sözlərinə əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Sanksiya   Stoltenberq  


Bizi "telegram"da izləyin