Tank dəstək döyüş maşınları: BMPT "Terminator 1", "Terminator 2" və "Terminator 3"

2018/05/122314321_1523616397_3053287312.jpg
Oxunub: 1744     15:41     18 May 2018    
BMPT "Terminator" (Obyekt 199 "Ramka" ) - birbaşa tankları döyüşdə dəstəkləmək üçün nəzərdə tutulan Rusiya istehsalı olan döyüş maşınıdır. BMPT əsas vəzifələri düşmənin tank əleyhinə vasitələrini, (TƏİRK, qumbaraatanlarla təchiz olunan şəxsi heyəti) məhv etməkdən ibarətdir. BMPT həmçinin səmərəli şəkildə düşmənin mühafizəsi yüksək dərəcədə olan zirehli nəqliyyat vasitələrini (tank, BMP, BTR) və digər obyektlərini məhv etməyə qadirdir. Əslində, BMPT - kiçik çaplı və daha yüksək atəş sürətinə malik silahlar quraşdırılan yüngül tankdır.

"Terminator" döyüş vasitəsi üçün xarici alıcıları cəlb etmək üçün istehsalçı tərəfindən düşünülən qeyri-rəsmi addır. Lakin, jurnalistlərin sayəsində bu ad geniş oxucu kütlələrinə məlum oldu.

Maşın "Uralvagonzavod" (UVZ) dizaynerləri tərəfindən hazırlanıb, ilk prototipi 2000-ci ildə ictimaiyyətə təqdim olunub. BMPT "Terminator" müxtəlif silah sərgilərin daimi iştirakçısı olduğundan həmişə potensial müştərilərin artan marağına səbəb olur. Buna baxmayaraq, "Terminator" hələ rus ordusu tərəfindən silahlanmaya qəbul edilməyib. 2010-ci ildə Müdafiə Nazirliyi rəsmi olaraq yeni BMPT-ləri almaqdan imtina edib.

Hal-hazırda bu tank dəstək döyüş maşınları Qazaxıstan ordusunun silahlanmasında mövcuddur: 2011-ci ildən 2013-cü ilə qədər onlarala maşın müştəriyə təslim edildi. Qazaxıstanda BMPT-nin lisenziya əsasında istehsalı haqqında məlumatlar 2015-ci ildən sonra yayılmaqda davam edir.

2013-cü ildə Nijni Taqildə, yeni tank dəstək maşının premyerası baş tutdu: BMPT-72 və ya "Terminator 2", T-72 əsas döyüş tankı bazasında yaradıldı. Daha sonra BMPT-2 DEFEXPO-2014 silah sərgisində təqdim edildi. İlk "Terminator"dan fərqli olaraq, yeni maşın Rusiya hərbçilərinin daha böyük marağına səbəb oldu. Baxmayaraq ki, BMPT-72 də hələ Rusiya Ordusu tərəfindən silahlanmaya qəbul edilməyib.

Terminatorun yaradılma tarixi

Tank dəstək döyüş maşınlarının yaradılması üzrə işlər 80-ci illərdə SSRİ-də başlayıb. Görünür, Sovet strateqləri Əfqanıstanda tankların istifadə təcrübəsindən lazımı nəticələr çıxarmaq istəyiblər.

Müasir döyüş şəraitində ağır döyüş maşınları, xüsusilə şəhər, dağlıq və ya meşəlik ərazilərdə istifadə edilərkən çox həssaslıq nümayiş etdirirlər. Əsas təhlükəni düşmənin qumbaraatan və tank əleyhinə raket sistemi ilə silahlanan piyadaları təşkil edir. Bu tank əleyhinə silahlar çox effektiv və mobildir, onlar asanlıqla maskalanır, qəfildən güclü və dəqiq atəş aça bilir. Tankın çox güclü və aşağı atəş sürətli silahları belə təhdidlərə qarşı mübarizə üçün uyğun deyil.

Rusiya ordusu şəhər mühitində müdafiəsiz zirehli texnikadan istifadə etməyin çox faciəli təcrübəsinə malikdir. 1995-ci ilin yanvarın birində Çeçenistanın paytaxtı Qroznının dəmiryol stansiyasına hücuma keçən 131-ci Maykop briqadasının bütün texnika və avtomobilləri çeçen silahlıları tərəfindən tamamilə məhv edildi. Bir neçə dəqiqə ərzində binalarda mövqe tutan çeçenlər qumbaraatanlardan 50 ədəd zirehli texnikanı və avtomobil vasitələrini məhv etdilər. Qroznıda 31 dekabr- 1 yanvar ərzində çeçen silahlıları tərəfindən məhv edilən tank və digər texnikaların toplam sayı rəsmən 250 olaraq təsdiqləndi. Bu bir növ Rusiyalı strateqlərin Əfqanıstan müharibəsindən ciddi dərs almadıqlarını göstərdi.

Əfqanıstanda düşmən piyadaları ilə mübarizə üçün Sovet qoşunları tez-tez "Şilka" ZRK-dan istifadə edirdi. Yüksək atəş sürətinə malik zenit qurğuları istənilən atəş nöqtəsini məhv edə bilir. Lakin problem "Şilka"nın hava hədəfləri ilə mübarizə üçün nəzərdə tutulması idi ki, buna görə də faktiki olaraq heç bir zireh müdafiəsi yox idi. Bundan əlavə, bu qurğularda yerüstü düşməni aşkaretmə sistemi də yox idi.

Tank dəstək döyüş nəqliyyat vasitələrinin layihəsinə 80-ci illərin ortalarında başladı, "Terminator"un yaradılmasına isə "Uralvagonzavod"da 90-cı illərdə start verildi. 2000-ci ildə BMPT-nin ilk nümunəsi təqdim olundu, silahlanmada 7.62-mm pulemyot ilə cütləşən 30 mm avtomatik top, dörd ədəd "Kornet" TƏİRK və iki ədəd AQS-17 qumbaraatanı yer alırdı.

Sonra kompleksin silahlanmasına ikinci 30 mm top və "Ataka" atəşi idarəetmə sistemini əlavə etdilər. BMPT şassisi üçün rus ordusunun ən müasir tankı olan T-90 tankı baza olaraq qəbul edildi.

30 mm top yüngül zirehli vasitələri 1500 metrə qədər, "Storm" TƏİRK isə 6 km məsafədə düşmən zirehli vasitələrini məhv edə bilir. İki ədəd AQS isə BMPT-nin önünü "təmizləmək" üçündür. Atəşi idarəetmə sistemi "Terminator"a eyni zamanda üç hədəfə atəş açmaq imkanı verir.

Hərbi mütəxəssislərin sözlərinə görə, bir BMPT "Terminator"un atəş gücü iki motoatıcı taqımdan (6 ədəd piyadaların döyüş nəqliyyat vasitəsi və 40 nəfər şəxsi heyət) daha yüksəkdir.

BMPT-nin tank bölmələrinə daxil edilməsi onların effektivliyini təxminən 30 faiz artırmağa imkan verəcək. Lakin belə bir xüsusiyyətlərinə baxmayaraq, Rusiya ordusu bu döyüş vasitəsini də almaqdan imtina etdi.

BMPT "Terminator" konstuksiyasının təsviri

BMPT "Terminator" T-90A tankının bazasına əsaslanır və onunla eyni dərəcədə zireh qorunmasına malikdir. Bundan əlavə, maşında "Relikt" dinamik müdafiə kompleksindən istifadə edilir ki, bu da tank əleyhinə silahların kütləvi istifadəsi şəraitində belə BMPT-nin sağ qalma şansını əhəmiyyətli dərəcədə artırır.

Uzaqdan idarə olunan silah modulu korpusun arxa hissəsində yerləşir, döyüş dəsti isə döyüş bölməsindən kənarda yerləşdirilib və bu da kumulyativ mərmilərlə hücum zamanı BMPT ekipajının həyatda qalma şansını artırır.

"Terminator"un əsas silahlanması aşağıdakılardan ibarətdir:

- 2 ədəd avtomatik 30 mm 2A42 topu;
- 7.62 mm PKTM pulemyotu;
- 4 ədəd qüllədə lazer tuşlama sistemi olan 9M120 "Ataka"-1 TƏİRK;
- 2 ədəd AQS- 17 avtomatik qumbaraatanı.
"Terminator"un ekipajı beş üzvdən ibarətdir: komandir, tuşlayıcı, sürücü- mexanik və AQS-17 avtomatik qumbaraatanları üçün iki atıcı.

BMPT-də "Ramka" müasir atəşi idarəetmə sistemi (AiS) quraşdırılıb. Tuşlayıcının silah modulunda optik və istilik kanalları, lazer tuşlanmasının idarəetmə sistemi və lazer məsafəölçəni mövcuddur.

Maşın komandirinin sərəncamında isə 360 ° görüntüləmə sektoruna malik panorama tipli nişangah fəaliyyət göstərir. Onun tərkibində isə lazer məsafəölçəni, optik və aşağı səviyyəli bir görüntü kanalı mövcuddur. İstədiyində, maşının komandiri tuşlayıcının gördüyü təsviri öz ekranına daşıya bilir. AİS-in tərkibinə əlavə olaraq bir ballistik hesablama kompüteri, atəş şəraitinin aşkarlanması sensorları və avtomatik hədəf izləmə sistemi daxildir.

Silahların idarəetmə modulu təkrarlana bilir: komandiri qüllədə yerləşən bütün silahlardan atəş açmaq imkanı var. Hər iki istiqamətə sabitləşmə sistemi olan tırtılüstü AQS-lərdən isə hərəkət vaxtı da sərrast atəş açmaq mümkündür.

"Terminator" lazer işarəsi ilə maşının işıqlandırılmasını müəyyən edən və avtomatik olaraq bunun qarşısının alınması üçün sistemlə təchiz olunub. Ekipajın lazer şüalanmasından sonra xəbərdarlıq edən akustik həyəcan siqanalı səslənir.

BMPT "Terminator" NAVSTAR / GLONASS naviqasiya sisteminə malikdir.

Ekipajın zəhərli maddələrin və radioaktiv tozların təsirinə məruz qalmaması üçün maşın, daxilinə təmiz hava dolduran filter-ventilyasiya qurğusu ilə təchiz edilib. Radiopartlayıcı ilə təchiz edilən mina və fuqasları əvvəlcədən partlatmaq üçün maşında elektromaqnit mühafizə sistemi nəzərdə tutulub.

BMPT-in hərəkətli hissəsi tamamilə T-90 ilə eynidır, "Terminator"da V-92S2 dizel mühərriki quraşdırılır.

Təsvirdən göründüyü kimi, BMPT "Terminator" həqiqətən də düşməni cəld aşkar və effektiv məhv edə bilən nəhəng və yaxşı silahlanan bir zirehli maşındır. Niyə Rusiya ordusu bunu silahlanmaya qəbul etmək istəmədi? Xeyirdən xeyir güdülməzsə, onda nəyə görə BMPT-72-nin inkişafına ehtiyac yarandı?

BMPT-72: konstruksiyanın təsviri

BMPT-72 ("Terminator 2") eyni onun sələfi kimi eyni vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub. İlk "Terminator"un yaradılması hərbçilər arasında qarışıq bir reaksiyalara səbəb oldu, bu maşın dəfələrlə ciddi tənqidlərə məruz qaldı. Onun çatışmazlıqları arasında cüzi, tez aradan qaldırıla bilən və daha ciddi məsələlər yer alırdı.

Hərbçiləri atəşi idarəetmə sistemi, ekipajın çoxluğu və TƏİRK-in mühafisəsiz olması təmin etmirdi. Əsas problem isə yeni maşının dəyərində idi. "Terminator"un yeni T-90 tankının şassində yaradıldığı üçün qiyməti çox yüksəkdir. Yeni BMPT-in orduya kütləvi tədarükü başlayırsa, bunun üçün xərclər də çox böyük olacaqdı. Buna görə istehsalçılar fərqli bir təklif etdilər: yeni BMPT-ni köhnə T-72 tanklarının bazasında istehsal etmək. Yeni maşının köhnə şassisi əhəmiyyətli dərəcədə vəsaitə qənaət etməyə imkan verdi.

Bundan başqa, ilk "Terminator"un istifadə təcrübəsini nəzərə alaraq, BMPT-72-də digər dəyişikliklər də edildi: TƏİRK güllə və qəlpədən zirehli örtüklə qorundu. BMPT-72-də AQS avtomatik qumbaraatanlarını ləğv etdilər, bu isə heyəti iki nəfər azaltmağa imkan verdi. Bu qumbaraatan qurğular çox məhdud bir atəş bucağına və çoxlu "kor" zonalara malik idi.

Beləliklə, BMPT-72 ekipajı tank bölmələrinin standart heyətinə uyğun vəziyyətə gətirildi:

- İndi müştərinin tələbi ilə yeni maşına Rusiya və xarici ölkələrin istehsalı olan rabitə və naviqasiya sistemləri quraşdırıla bilərdi;
- Atəşi idarəetmə sistemi yenidən "redaktə" edildi: maşın komandiri
modernləşdirilən - T-90MS tankının tam istilik kanallı panorama nişangahına sahib oldu. Bu isə AİS qabiliyyətini böyük həcmdə artırdı;
- BMPT-72 gövdəsinin xarici görünüşü maşının elektron paramaqnit rezonans (EPR) səviyyəsini minimuma endirməyə imkan verirdi;
- "Terminator-2"nin çəkisi üç ton azaldı;
- BMPT-72 daha güclü bir mühərriklə (1000 at gücünə qədər) təmin edildi.

Ümumiyyətlə, demək olar ki, "Terminator"un xələfi daha asan, daha yüngül və daha ucuz alındı. Bununla belə, bunların hamısı yalnız müsbət aspektlər deyil. Məsələn, "Terminator" eyni zamanda üç, BMPT-72 isə yalnız bir hədəfə atəş aça bilir. Maşının silahlanmasından iki ədəd AQS-in çıxarılması, onun atəş gücünü azaldıb. Bundan əlavə, ekipajın iki nəfər azaldılması ən azı döyüş sahəsinin müşahidəsini pisləşdirdi: döyüş sahəsinin vəziyyətini seyr edən beş cüt göz, üç cüt gözdən daha üstündür.

BMPT-72 yaranması və bazarda qalması Qazaxıstan hərbçilərinin sayəsində mümkün olub - hələlik yeganə istifadəçi onlardır. Qazaxıstanda BMPT-72 kütləvi istehsalının başlanmasına dair saziş 2013-cü ilin sonunda "Qazaxıstan Mühəndislik" şirkəti və UVZ rəhbərliyi arasında imzalanıb.

Layihənin qiymətləndirilməsi

Ümumiyyətlə, xüsusi tank dəstək maşınının yaradılması layihəsi müsbət qiymətləndirilə bilər. Son onilliklərdə tankların döyüş meydanlarında əhəmiyyəti daim azalır, onların zəif və həssas tərəflərləri isə əksinə artır. Tanklar şəhər şəraitində xüsusilə müdafiəsiz qalıblar. BMPT-72 şəhərdə, dağlıq və meşəlik ərazidəki döyüş tapşırıqlarını daha effektiv şəkildə həll etməyə kömək edəcək. Bu maşın tanklar ilə müqayisədə daha yüngüldür, manevr imkanı genişdir, qüllənin kiçik dönmə radiusu, lülə korpusun qabaritindən kənara çıxmır və topların böyük meyllənmə bucaqları binaların zirzəmisindən yuxarı mərtəbələrə qədər yerləşən hədəfləri məhv etməyə imkan verir.

Tanklar ilə birgə əməliyyatlar zamanı BMPT düşmənin yüngül zirehli vasitələrini, tank əleyhinə silahlarını və canlı qüvvəsini məhv edir. Düşmənin istehkam qurğuları və ağır zirehli vasitələri isə tanklar tərəfindən məhv edilməlidir.

Bundan əlavə, BMPT ağır piyada döyüş maşınlarının fünksiyalarını - hücum edən bölmələrin dəstəklənməsini, kolonların müşayiət edilməsini və s. yerinə yetirə bilər.

Sürətli silah və TƏİRK sistemlərindən ibarət döyüş modullarını T-72 tankları ilə yanaşı digər köhə maşınlara quraşdıraraq onlara ikinci nəfəs vermək olar. Bu daha ucuz olmaqla, həm də gəlir gətirə bilən bir sahədir.

BMPT "Terminator 3" maşının perspektivləri

Bütün təkmilləşdirmələrə baxmayaraq, BMPT-7, "Terminator" kimi Rusiya ordusu tərəfindən silahlanmaya qəbul edilmədi. ABŞ-da bu iki maşın BMP M2 "Bradley"in analoqu hesab olunur, atəş gücü, hədəf tuşlama sisteminə görə isə M2A2 modifikasiyası səviyyəsində qəbul edilir. Ən azı, Amerika qoşunlarında "Bradley" BMP-ləri tez-tez oxşar vəzifələri yerinə yetirir.

Bununla yanaşı, bu yaxınlarda Rusiyada "Terminator-3" adlı yeni rus maşınının inkişafı barədə rəsmi olmayan məlumatlar yayıldı. Onun "Armata" universal platforması əsasında yaradılması və yeni AU-220M döyüş modulu ilə təchiz olunması nəzərdə tutulur. Yeni maşının əsas ustünlüyü də budur. Modulun tərkibinə yüngül döyüş maşınları üçün hazırlanan 57 mm-lik top da daxildir. Top 12 km məsafədə hədəfləri vura bilir və dəqiqədə 300 atəş açır. Yəni, yeni BMPT hər hansı növ hava və yer hədəflərini, düşmənin atəş zonasına daxil olmadan məhv edə biləcək.
57mm top 100 mm zirehə 4 kilometr məsafədən, panel evə isə 4.5 km məsafədən nüfuz edə bilir. Çox ehtimal ki, bu modul tank əleyhinə raketlərlə də təchiz olunacaq, lakin hələlik onlar haqqında heç bir dəqiq məlumat yoxdur. "Terminator 3" maşınlarının, BMP "Bradley" və ZPT "Stryker"in atəşindən, öz piyada və tanklarını 1,5-2 dəfə daha uzaq olan effektiv atəşlə qoruyacağı iddia olunur.

"Terminator"un birinci və ikinci modifikasiyalarının silahlanma üçün qəbul edilmədiyi bəllidir. Aprel 13-dən etibarən isə Rusiya Müdafiə Nazirliyi "Terminator 3"lərin silahlanmaya qəbuluna başlayıb. "Uralvaqonzavod"şirkətinin yaydığı məlumata görə, maşınların ilk partiyası artıq hərbçilərə verilib. "Armata" bazasında quraşdırılan yeni maşınların daha bahalı olacağı dəqiqdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Terminator-1   Terminator-2   Terminator-3  

Xəbər lenti

Tank dəstək döyüş maşınları: BMPT "Terminator 1", "Terminator 2" və "Terminator 3"

2018/05/122314321_1523616397_3053287312.jpg
Oxunub: 1745     15:41     18 May 2018    