ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüş barədə bəyanat yayıb.
Ordu.az-ın verdiyi məlumatına görə, bəyanatda deyilir ki, görüşdə tərəflər sülh prosesinin irəliləməsi üçün mexanizmləri müzakirə ediblər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik təmas xəttində vəziyyətin nisbətən sabit olması ilə bağlı iştirakçılara məlumat verib. Elmar Məmmədyarov Azərbaycanın tezliklə fəal danışıqları bərpa etməyə hazır olduğunu bildirib.
Bundan əlavə, həmsədrlər cari ilin iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə görüşəcəklərinə ümidvar olduqlarını vurğulayıblar.
Ordu.az