Ordu.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi məlumat yayıb.
Məhkəmə zamanı zərərçəkənin hüquqlarını müdafiə edən, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin İrəvan şəhər nümayəndəliyinin hüquqşünası Tatevik Siradeğyan iş üzrə müəyyən edilən konkret faktla bağlı, zərərəçəkənin varisi H. Avetisyanın əlavə olaraq ifadəsinin yenidən alınmasına dair vəsadət qaldırıb. Vəsadət təmin edilərək Avetisyan yenidən dindirilib.
İttiham olunan Voskanyan və Muradyanın vəkilləri tərəfindən ilkin araşdırmanı aparan müstəntiqlərin, zərərçəkən Qevorq Xaçatryanın ailə üzvlərini, qarovul rəisinin müavini H. Vardevanyanı və hərbi hissənin komandir heyətinin dindirilməsi barədə vəsadəti məhkəmə tərəfindən təmin edilməyib.
Məhkəmə iclasında Barseğyan tərəfindən məhkəməyə təqdim olunan vəkillin sorğu-sualı açıqlansa da, sübut kimi qəbul edilməyərək məhkəmə tərəfindən rədd edilib. Barseğyan digər vəsadətlərin təqdim edilməsinə görə vaxt istəyərək, məhkəmə iclasını təxirə salmağı xahiş edib. Növbəti məhkəmə iclası 24 may 2018-ci il saat 11:00-a təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az