Vigen Sarkisyan Petrosyana qarşı Nikoldan istifadə edir

2018/05/234234_1526382123.jpg
Oxunub: 3302     18:57     15 May 2018    
"Əminəm ki, Nikol Paşinyan Levon Ter-Petrosyanın məlum mövqeyi ilə həmfikir deyil".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan bildirib.

O, Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həllinə dair yanaşmaları çoxdan məlum olduğunu və bu yanaşmaların onun istefası, erməni milli konqresi rəhbərliyinin, parlament seçkilərində məlum uğursuzluğuna səbəb olduğunu qeyd edib.

Vigen Sarkisyan, Ermənistan baş naziri Nikol Paşinyanın Petrosyanla həmrəy olmadığına ümid etdiyini deyib: "Mən ümid edirəm ki, Nikol Paşinyan, Qarabağ məsələsində onun məşhur yanaşmalarını bölüşmür. Lakin xüsusilə baş nazirin xarici siyasət məsələlərinə dair konseptual yanaşmalarına dair geniş ictimai və dar peşəkar müzakirələr aparma imkanına malik olmadığı bu vəziyyətdə vacibdir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vigen-Sarkisyan   Petrosyan  


Bizi "telegram"da izləyin