Ermənistan ordusunda döyüş atışlı taktiki təlim keçirilib

2018/05/43453_1526318161.jpg
Oxunub: 2761     01:14     15 May 2018    
Mayın 2-dən 4-dək Ermənistan ordusunun 4-cü ordu korpusunda taborun nümunəvi döyüş atışlı taktiki təlimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan ordusunun rəsmi nəşri “Hay zinvor” qəzeti məlumat yayıb.

Təlimin döyüş atışlı mərhələsində korpusun tabeliyindəki hərbi hissələrin komandirləri, döyüş hazırlığı üzrə müavinləri, tabor komandirləri və müavinləri də iştirak edib.

Təlimlərə korpus komandiri general-mayor Valeri Köçəryan rəhbərlik edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Təlim  


Bizi "telegram"da izləyin