Hərbi əməliyyatlarda robotların istifadəsi silahlı münaqişələri qaçılmaz edir

2018/05/2344234_1526306576.png
Oxunub: 2368     01:34     15 May 2018    
“Dünya ölkələri silahlı qüvvələrinin robotlaşdırılmasını özlərinə trend kimi seçiblər. Lakin bu proses münaqişləri qaçılmaz edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri rusiyalı müdafiə eksperti Vladislav Qrinkeviç bildirib.

“Müşahidə edirəm ki, bir çox ölkələr robotların inkişafını son onillikdə milli müdafiə strategiyalarının əsas prioriteti edib. Bu prosesə Birləşmiş Ştatlar rəhbərlik edir”, - deyə Qrinkeviç qeyd edib.

O, Rusiya Müdafiə Nazirliyinin də bu məqsədlə proqram başlatdığını vurğulayıb. “Hərbi Robotların hazırlanması – 2025” proqramı ilə ordu hərbi əməliyyatlarda robotların istifadəsini tezləşdirməyi planlaşdırır.

Hazırda 30-a yaxın ölkə öz ordusunda bu və ya digər növ robotlardan istifadə edir. Qrinkeviç qarşıdakı onillikdə dünyanın aparıcı ordularının robotlaşdırılması daha intensiv hal alacağını düşünür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Robot   Silahlı-münaqişələr  


Bizi "telegram"da izləyin