Qərbyönümlü, yoxsa rusyönümlü Tonoyan? - ARXİV

2018/05/234_1525165822_1526298561.jpg
Oxunub: 4332     19:47     14 May 2018    
Hazırda Ermənistanda Qərbyönümlü hakimiyyətin mövcudluğu fonunda, yeni təyin edilən müdafiə naziri Davit Tonoyanın, Gümrüdə yerləşən 102-ci hərbi bazanın mövcudluğu ilə bağlı səsləndirdiyi əvvəlki fikirləri yenidən gündəmə gəlib.

Ordu.az xəbər verir ki, 2011-ci ilin avqust ayında Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsini icra edən Tonoyan, "Medamax" agentliyinə verdiyi müsahibədə Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunun daima hər iki ölkənin maraqlarından irəli gəldiyini bildirib.

“2010-cu ilin yay aylarında RF-nın hərbi bazasının Ermənistan ərazisində yerləşməsi müddətinin uzadılmasına dair müqaviləyə əsasən 102-ci hərbi baza, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi işində dəstək vermə məsələsini də öhdəliyinə götürüb", - deyə Davit Tonoyan qeyd edib.

Daha sonra davam edən Tonoyan Rusiya hərbi bazasınnı Ermənistanın təhlükəsizliyinin təmin edilməsi işində ayrılmaz elementlərdən biri olduğunu deyib: "Heç kim üçün sirr deyil ki, Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyinin təmin edilməsi işində ayrılmaz elementlərdən biridir. Bu Ermənistanın bir sıra konsepsiya (təhlükəsizlik strategiyası, hərbi doktrina - red.) sənədlərində əksini tapıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   102-baza   Tonoyan  


Bizi "telegram"da izləyin