Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ASELSAN-nın ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Məlumata görə, müqavilə çərçivəsində tərəflər təhlükəsizlik avadanlıqları və sistemləri sahəsində strateji əməkdaşlıq edəcəklər.
ASELSAN Livanın paytaxtı Əmmanda keçirilməkdə olan 12-ci Xüsusi Əməliyyat Qüvvələri Konfransı və Sərgisinə 53 ölkədən 99 rəsmi heyət və 400-dən çox üzvün qatıldığını bildirib.
Sərginin ikinci günündə ASELSAN Türkiyə, ASELSAN Yaxın Şərq və “Livan KADB Investment Group” şirkəti arasında təhlükəsizlik ləvazimatları və sistemləri sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
Bu müqavilə tərəflər arasında müəyyən səviyyədə texniki biliklərin paylaşılmasına imkan yaradacaq.
Ağalar Ağalarlı
Ordu.az