Ordu.az Nation-news.ru saytına istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, general-leytenant Ayteç Bijev bildirib.
Bijev hesab edir ki, “Pantsir”in vurulması yalnız iki halda mümkündür: ya sönülü olduğu təqdirdə, ya da döyüş komplektinin bitdiyi halda.
“Sönülü vəziyyətdə olmayan “Pantsir” özünü məhv etməyə imkan verməzdi, İsrail raketini top atəşi, yaxud raketlərlə vurardı”, - deyə Bijev bildirib.
Ekspert qeyd edib ki, İsrail ordusu “Pantsir”i ya kosmik kəşfiyyat, ya da PUA-lar vasitəsilə aşkarlayıb.
Ağalar Qəribov
Ordu.az