Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Dana Vayt bildirib.
“Onun sözlərinə görə, Mettis Pentaqonda Cənubi Koreya Xarici İşlər naziri Kanq Kyunq-va ilə görüşüb. Nazirlər birlikdə ötən ay iki Koreyanın sərhədində yerləşən Panmuncomda imzalanan bəyannaməni müzakirə ediblər.
Mettis iyunun 12-ə planlaşdırılmış Tramp-Kim görüşünün Koreya müharibəsini diplomatik yolla başa çatdırmaq üçün tarixi imkan qazandıracağına ümid etdiyini bildirib.
Cənubi Koreya Xarici İşlər naziri daha sonra Amerikalı həmkarı Mayk Pompeo ilə də görüşməyi planlaşdırır.
Ağalar Ağalarlı
Ordu.az