Ukraynanın şərqində gərginlik davam edir: 3 yaralı

2018/05/2031_1526107221.jpg
Oxunub: 2633     14:51     12 May 2018    
Ötən gün Ukraynanın şərqində - Donbasda müxtəlif istiqamətlər üzrə separatçılarla Ukrayna Silahlı Qüvvələri arasında gərginlik davam edib.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, separatçılar tərəfindən atəşkəs 50 dəfə pozulub və atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 3 hərbçisi yaralanıb.

Atəşkəsin pozulması üçün separatçılar 120 millimetrlik minaatanlardan istifadə ediblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin