Berlin alman hərbçiləri Baltikyanıda saxlamağa söz verib

2018/05/2029_1526105937.jpg
Oxunub: 1723     14:24     12 May 2018    
“Bundesverin əsgərləri NATO missiyasının tərkibində Baltikyanı ölkələrdə qalacaqlar”.

Ordu.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Hayko Maas bəyan edib.

Özünün Latviya, Estoniya və Litvada olan həmkarları ilə görüş çərçivəsində Haas alman hərbçilərin Baltikyanı ölkələrin ərazisində qalacağını açıqlayıb.

“Alman hərbçilər Baltikyanı ölkələrdə qalacaq, lakin hərbi kontingentin genişləndirilməsi gündəmdə olan məsələ deyil”, - deyə Maas bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Latviya   Litva   Estoniya  


Bizi "telegram"da izləyin