ABŞ və KXDR sammitinin nəticəsi olaraq Koreya müharibəsi bitə bilər

2018/05/2027-Kim-Çen-In-və-Mun-Çje-İn_1526105266.jpg
Oxunub: 1597     14:07     12 May 2018    
ABŞ iyunun 12-də Amerika prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında baş tutacaq danışıqların nəticəsinə dair birgə bəyanat imzalamaq mövqeyindən çıxış edir.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası hazırda KXDR-in nüvəsizləşdirməsi üzrə nailiyyətlərə nail olmaqla yanaş Koreya yarımadasında müharibənin bitməsinin bəyan edilməsini istəyir.

Həmçinin danışıqlarda nüvəsizləşdirmənin son müddəti olaraq 2020-ci il müəyyənləşdirilə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin