Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib.
“Əgər Şimali Koreya nüvəsizləşdirməni sürətlə həyata keçirmək üçün qətiyyətli addımlar atsa, ABŞ KXDR-lə Cənubi Koreyadan olan dostlarımızla eyni səviyyədə çiçəklənməni təmin etmək üçün aktiv şəkildə işləməyə hazırdır”, - deyə Pompeo bildirib.
O qeyd edib ki, Koreya yarımadasının nüvəsizəşdirilməsi prosesi Pxenyanın həm bütövlükdə nüvə silahından, həm də nüvə silahının çatdırılması vasitəsindən məhrum olmasını özündə ifadə etməlidir.
Ağalar Qəribov
Ordu.az