“Raytheon” ABŞ QQ-yə yeni hədəfalma sistemləri çatdıracaq

2018/05/received_2536956539863832_1526058412.jpeg
Oxunub: 3488     00:57     12 May 2018    
“Raytheon” ABŞ Quru Qoşunlarını yeni təkmilləşdirilmiş zireh əleyhinə hədəfalma sistemləri ilə təmin edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə Pentaqon və “Raytheon” arasında müqavilə imzalanıb.

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müqavilənin dəyəri 8,9 milyon dollardır. Müqavilə əsasında kompaniya ordunun optik izləməli naqilsiz idarəolunan təkmilləşdirilmiş hədəfalma sistemləri üçün logistik dəstək xidməti göstərəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   ABŞ  


Bizi "telegram"da izləyin