ABŞ-ın baş ağırısı: Çindəki Su-35 Amerikanı nə ilə qorxudub? - VİDEO
Oxunub: 2569
18:46
11 May 2018
ABŞ Rusiyanın Çindəki qırıcısından qorxub və rus döyüş maşını Amerika üçün əsl baş ağrısı ola bilər.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın “The National Interest” nəşri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Su-35 qırıcısı ABŞ üçün əsas baş ağırısı ola biləcək potensiala sahibdir.
Çinin silahlanmasına qəbul edilən Su-35 4++ nəsilə aiddir və bu qırıcının imkanları Pekin tərəfindən ABŞ tərəfindən dəstəklənən Tavyanı ələ keçirmək baxımından mühüm rol oynaya bilər.
Nəşrin jurnalistləri qeyd edir ki, artıq bu il Çinin silahlanmasında olan Su-35-lər “hava-hava” tipli PL-15 raketləri ilə təchiz ediləcək. Bu raketlərlə ABŞ-ın Sakit okean üzərindəki əməliyyatlarda açar rolunu oyayan “Boeing” E-3 “Sentry” uzaqmənzilli radar aşkarlanması təyyarələrini, həmçinin yanacaqdolduran təyyarələri vurmaq mümkündür.
Həmçinin Su-35-lər çoxməqsədli qırıcılardır, bu isə Çin tərəfinə Amerika ilə müharibə halında yerüstü və suüstü hədəflərə nöqtə zərbələri endirməyə imkan verir.